Elektrikli avtomobillər ilə "car-sharing" tezliklə Bakıda — Rentbutik-dən yeni xidmət
Bakıda "BYD Seagull" elektrikli avtomobillərin dəqiqəlik, saatlıq və aylıq icarəsi - YENİ XİDMƏTBakıda "car-sharing" dövrü başlayır. "Rentbutik" mobil tətbiqi aprel ayından etibarən innovativ nəqliyyat həlli çərçivəsində "BYD Seagull" markalı elektrikli avtomobillərin dəqiqəlik, saatlıq və aylıq icarəsini istifadəçilərin ixtiyarına verir.
Layihə çərçivəsində gətirilən avtomobillər şəhərin müxtəlif nöqtələrində yerləşdiriləcək. İstifadəçilər mobil tətbiq vasitəsilə ən yaxın avtomobili taparaq, onu bir neçə kliklə aktivləşdirə biləcəklər.
"Rentbutik car-sharing" xidməti istifadəçilərə avtomobili tətbiq üzərindən seçmək, ödəniş etmək və fiziki açar olmadan — birbaşa telefon vasitəsilə qapını açaraq idarəetməyə başlamaq imkanı yaradır. Bu yanaşma şəhər daxilində daha çevik, sərfəli və rahat nəqliyyat alternativi təqdim edir.
Şirkət nümayəndələrinin sözlərinə görə, layihənin əsas məqsədi fərdi avtomobil istifadəsinə alternativ yaratmaq, şəhər trafikini optimallaşdırmaq və istifadəçilərə daha az xərclə daha çox hərəkət azadlığı təqdim etməkdir.
Qeyd edək ki, "Rentbutik" mobil tətbiqi 2025-ci ildən fəaliyyət göstərməkdədir. Bu günədək bir çox istifadəçilər mobil tətbiq vasitəsilə öz avtomobillərini icarəyə vermiş və ya tətbiq vasitəsilə günlük, həftəlik, aylıq avtomobillər icarəyə götürmüşlər. Aprel ayından etibarən isə Rentbutik elektrikli avtomobillərin dəqiqəlik və saatlıq icarə xidmətini də tətbiqə əlavə etməklə istifadə imkanlarını daha da genişləndirəcək.
Yeni xidmətin istifadəyə verilməsi münasibətilə istifadəçilər üçün xüsusi kampaniyalar da təqdim olunur. Kampaniyalar haqqında daha ətraflı məlumat almaq üçün Rentbutik-in rəsmi Instagram səhifəsini izləmək mümkündür: https://www.instagram.com/rentbutik/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
52 d. əvvəl
Azərbaycandan Qanaya biznes missiyanın təşkili planlaşdırılır
-
1 saat əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi






.jpg)
.jpg)






.jpg)


