970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb

“Bank Respublika” I rübdə əsas maliyyə göstəriciləri üzrə nəzərəçarpacaq artım əldə edib.
iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bankın yaydığı press-relizə görə, hesabat dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.

Reklam_3_11

Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.

2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

·         Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil edib;

·         Məcmu kapital 13,5% artaraq 264,05 mln manat olub;

·         Kredit portfeli 9% artaraq 1,64 mlrd manat təşkil edib;

·         Xalis faiz gəlirləri 15,2% artaraq 47,2 mln manat olub;

·         Xalis əməliyyat mənfəəti 22,7% artaraq 22,4 mln manat səviyyəsinə çatıb;

·         Xalis mənfəət 17,7% artaraq 17,03 mln manat təşkil edib.

·         Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

·         I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)

·         Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)

·         Leverec əmsalı - 7,57% (norma 5%)

·         Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.

Qeyd edilib ki, 2026-cı ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.

Bank Respublika Bank Respublika maliyyə nəticələri Bank Respublika 2026 ilk rüb Bank Respublika xalis mənfəət Bank Respublika aktivləri Bank Respublika kredit portfeli Bank Respublika depozit portfeli Bank Respublika kapitalı Bank Respublika xalis faiz gəlirləri Bank Respublika əməliyyat mənfəəti Bank Respublika maliyyə hesabatı Bank Respublika bank sektoru Bank Respublika maliyyə göstəriciləri Azərbaycan bank sektoru 2026 Azərbaycan bank xəbərləri bank maliyyə nəticələri bank aktivlərinin artımı bank kredit portfelinin artımı bank depozit bazarı bank xalis mənfəət artımı bank əməliyyat mənfəəti bank kapital adekvatlığı bank leverec əmsalı
15.04.2026 09:48

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18