970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın iri bankı Özbəkistanda bank alır

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov: "Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanın özəl banklarından biridir"
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"ABB-nin 2026-2028-ci illər üzrə strateji inkişaf planındakı əsas hədəflərdən biri coğrafi genişlənmədir. Bu hədəfə yönələrək Özbəkistanın maliyyə bazarına daxil olmaq niyyətindəyik".

Bunu Marja.az-a müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Reklam_3_11

"Bu niyyətimiz Azərbaycan və Özbəkistan arasındakı strateji tərəfdaşlığın dərinləşməsinə, Özbəkistandakı əlverişli biznes mühitinə, ölkənin sosial-iqtisadi perspektivlərinə əsaslanır. Özbəkistan əhalisinin sayı 40 milyona yaxındır. Əhali tərkibində rəqəmsal bank xidmət və məhsullarına meylli gənc nəsil böyük yer tutur.

Bu bazara daxil olmağımız ABB-nin son illərdə tətbiq etdiyi korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt əsaslı innovasiyaların böyük əhalisi olan Özbəkistan bazarında tətbiqinə, ABB Maliyyə Qrupunun daha böyük dəyər əldə etməsinə imkan yaradacaq, Bankımızın regional və beynəlxalq imicini möhkəmləndirəcək.

Nəzarət səhm paketini almaq istədiyimiz bank isə Özbəkistanın özəl banklarından biridir. Səhmdarlarımız buna müsbət qərar verərsə, qanunvericiliyin tələblərinə uyğun hüquqi prosedurlara başlayacağıq.

Strategiyamıza uyğun olaraq coğrafi genişlənmə məqsədli bazar araşdırmalarımızı isə bundan sonra da davam etdirəcəyik",- Abbas İbrahimov deyib.

İş elanları AzVak.az-da

ABBÖzbəkistanbazarınaçıxış ABBstratejigenişlənmə2026_2028 ABBİdarəHeyətiAbbasİbrahimov ABBxaricibankalınması Özbəkistanbanksektoru ABBcoğrafigenişlənmə ABBregionalbankaçılıq ABBbeynəlxalqstrategiya ABBkorporatividarəetmə ABBsüniintellektbankçılığı ABBrəqəmsaltransformasiya Özbəkistanmaliyyəbazarı 40milyonəhaliliÖzbəkistan ABBinvestisiyaplanı ABBböyüməstrategiyası AzərbaycanÖzbəkistanmaliyyəəməkdaşlığı ABBözəlbankalınması regionalbankgenişlənməsi ABBstratejiinkişafplanı banksektoruÖzbəkistan ABBqlobalimic ABBbazararaşdırması
16.04.2026 11:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18