"Bolt" Azərbaycan üzrə Baş menecer təyin etdi
"Bolt", İlkin Zeynallının şirkətin Azərbaycan üzrə Baş meneceri vəzifəsinə təyin olunduğunu elan edir.
Qeyd edilib ki, yeni təyinat Bolt-un ölkədə növbəti inkişaf mərhələsini, innovasiya istiqamətlərini və yerli mobillik ekosisteminin daha da gücləndirilməsini dəstəkləməyə yönəlib.
İlkin Zeynallı beynəlxalq şirkətlərdə satış, kommersiya əməliyyatları və strateji idarəetmə sahələrində uzunillik təcrübəyə malikdir. O, peşəkar fəaliyyətinə P&G şirkətində başlayıb və burada Azərbaycan, Qafqaz və Mərkəzi Asiya bazarları üzrə müxtəlif regional və beynəlxalq vəzifələrdə çalışıb. Daha sonra Türkiyədə regional ofisdə Kommersiya Əməliyyatları üzrə Baş Menecer vəzifəsində fəaliyyət göstərib və həmin dövrdə komanda olaraq rekord nəticələr əldə edərək fərdi şəkildə 2 dəfə qlobal CEO mükafatına layiq görülüb.
Bolt-a qoşulmazdan əvvəl İlkin Zeynallı Samsung Electronics şirkətində satış və kommersiya istiqamətlərinə rəhbərlik edib. Beynəlxalq təhsil və müxtəlif bazarlarda qazandığı təcrübə ona qlobal yanaşmaları yerli bazarın xüsusiyyətlərinə uyğun şəkildə tətbiq etmək imkanı yaradıb.
Yeni vəzifəsində İlkin Zeynallı Bolt-un Azərbaycandakı fəaliyyətinin daha da inkişaf etdirilməsi, istifadəçi təcrübəsinin gücləndirilməsi, təhlükəsizlik və xidmət keyfiyyətinin artırılması, eləcə də yerli bazarın ehtiyaclarına uyğun innovativ həllərin tətbiqi istiqamətində fəaliyyət göstərəcək. Eyni zamanda, şirkət sürücü tərəfdaşları və istifadəçilər üçün daha dayanıqlı və effektiv mobillik ekosisteminin formalaşdırılmasını hədəfləyir.
İlkin Zeynallının sözlərinə görə, Azərbaycanın rəqəmsal xidmətlər və şəhər mobilliyi baxımından böyük inkişaf potensialı var:
“Beynəlxalq təhsil və təcrübənin əsas üstünlüklərindən biri qlobal yanaşmaları lokallaşdıraraq ölkəyə dəyər qatmaq imkanıdır. Azərbaycan sürətlə inkişaf edən bazardır və düşünürəm ki, innovasiya və texnologiyalar insanların gündəlik həyatını daha rahat və əlçatan etmək baxımından burada mühüm rol oynayacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























