Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Xırdalanda yerləşən Blue City yaşayış kompleksində uşaqlar və valideynlər üçün daha bir mühüm əməkdaşlığın əsası qoyulub. Kompleks ilə BARAMA Uşaq Bağçası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. Tədbirdə hər iki qurumun rəhbər şəxsləri iştirak edib, tərəflər gələcək əməkdaşlığa dair rəsmi sənədi imzalayıblar.

Bu əməkdaşlığın əsas məqsədi Blue City sakinlərinin övladları üçün daha rahat, təhlükəsiz və müasir məktəbəqədər təhsil imkanlarının yaradılmasıdır. Layihə çərçivəsində uşaqların erkən inkişafı, sosial adaptasiyası və keyfiyyətli təhsil mühitində formalaşması prioritet istiqamət kimi müəyyən olunub.

Blue City yaşayış kompleksi isə müasir şəhər həyatını ailə rahatlığı ilə birləşdirən konsepsiyası ilə seçilməklə burada uşaqların rahatlığı, təhsili, idman saatları, əyləncəsi və təbiət içində sağlam inkişafı başlıca hədəfdir. Blue City 11 hektar ərazini əhatə edir. 25 ədəd 14 və 16 mərtəbəli binalarda 2700-dən çox mənzil planlaşdırılıb. Geniş həyətlər, yaşıllıq zonaları, qeyri-yaşayış obyektləri, məktəb və ailə yönümlü sosial infrastruktur sakinlər və övladlarının gündəlik rahatlığını təmin etmək məqsədilə düşünülmüşdür. Daxildə məktəb və bağçanın olması birbaşa uşaqlar və valideynlərin yüksək komfortu baxımından böyük üstünlükdür. 

Qeyd edək ki, BARAMA Uşaq Bağçası Azərbaycanda fəaliyyət göstərən müasir məktəbəqədər təhsil şəbəkələrindən biridir. Bağçada uşaqlara fərdi inkişaf planı əsasında yanaşılır, onların fiziki, psixoloji və intellektual inkişafı üçün xüsusi proqramlar tətbiq olunur. Tədris prosesində Montessori metodikası, erkən inkişaf proqramları, nitq inkişafı, musiqi, incəsənət, şahmat, ingilis dili və digər inkişaf istiqamətləri yer alır. Eyni zamanda təhlükəsizlik tədbirləri, gündəlik tibbi nəzarət, sanitar-gigiyenik standartlar və valideynlərlə davamlı kommunikasiya sistemi burada əsas üstünlüklər sırasında göstərilir.

Tədbirdə çıxış edən tərəflər bildiriblər ki, bu əməkdaşlıq gələcək nəslin daha sağlam, təhlükəsiz və keyfiyyətli mühitdə böyüməsinə yönəlmiş ortaq baxışın başlanğıcıdır. Qeyd olunub ki, uşaqlar üçün yaradılan müasir təhsil və inkişaf mühiti, ailələrin yaşayış komfortu ilə birlikdə cəmiyyətin gələcəyinə edilən ən dəyərli investisiyalardan biridir.

Mərasim çərçivəsində vurğulanıb ki, Blue City-də həyata keçirilən bu yanaşma yaşayış kompleksinin yalnız mənzil təqdim etməklə kifayətlənmədiyini, eyni zamanda sakinlər və övladları üçün tam və müasir həyat konsepsiyası formalaşdırdığını göstərir. Bu əməkdaşlıqla kompleks daxilində böyüyəcək uşaqların daha sağlam, intellektual və müasir gələcəyə hazırlanması hədəflənir.

“Barama” Uşaq Bağçası ilə razılaşma “Blue City”də qeyri yaşayış sahələrinin inkişafı istiqamətində  atılan mühüm bir addımdır.

Blue City Yaşayış Kompleksi - www.bluecity.az 

BARAMA Uşaq Bağçası - www.baramakids.az

Blue City Blue City Xırdalan Blue City yaşayış kompleksi Blue City Yaşayış Kompleksi Xırdalanda yaşayış kompleksi Xırdalanda yeni yaşayış kompleksi Barama Uşaq Bağçası BARAMA Kids Blue City Barama əməkdaşlığı Blue City uşaq bağçası yaşayış kompleksində uşaq bağçası məktəbəqədər təhsil uşaqlar üçün təhsil mühiti müasir uşaq bağçası uşaqların erkən inkişafı uşaqların sosial adaptasiyası məktəbəqədər inkişaf proqramları Montessori metodikası erkən inkişaf proqramı uşaqlar üçün təhlükəsiz mühit ailə yönümlü yaşayış kompleksi uşaqlar üçün sosial infrastruktur Blue City sakinləri Blue City layihəsi 11 hektar yaşayış kompleksi 2700 mənzilli yaşayış kompleksi Xırdalanda mənzil ailələr üçün yaşayış kompleksi məktəb və bağçalı yaşayış kompleksi uşaqlar üçün idman və əyləncə zonaları yaşıllıq zonaları geniş həyətli yaşayış kompleksi qeyri-yaşayış sahələri sosial infrastruktur müasir həyat konsepsiyası
01.06.2026 13:18
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19