2018-in büdcəsi üçün neftin qiyməti müəyyən edilib
“2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın proqnozlaşdırılıb. 2017-ci ilin dövlət büdcəsində neftin 1 barreli 40 dollardan hesablanmışdı. Bu il isə neftin qiyməti 45 dollar səviyyəsində götürüləcək”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov 2018-ci ilin dövlət büdcəsi layihəsini şərh edərkən deyib.
Deputat hesab edir ki, “2018-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsində sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub.
“Çünki cənab Prezident əsasən sosial sahələrə daha çox üstünlük verir.Yəni pensiya, əməkhaqqı, məktəb, xəstəxana tikintisi və digər sosial yönümlü sahələrə daha çox diqqət ayrılır. Hesab edirəm ki, hərbi sahəyə də büdcənin 13-15 faizi civarında vəsait ayrılacaq. Büdcədən 35 faizə yaxın investisiya əsaslı xərclərə yönləndiriləcək”.
Sentyabrın 21-də Azərbaycanın Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinə, sonrakı üç il üçün icmal büdcənin göstəricilərinə, həmçinin Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə, habelə büdcə zərfinə daxil olan bir sıra normativ hüquqi sənədlərin layihələrinə baxılıb.
İclasda maliyyə naziri Samir Şərifov və iqtisadiyyat naziri Şahin Mustafayev gündəlikdə duran məsələlərə dair məruzə ilə çıxış ediblər.
Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrin yekununda əlaqədar nazirlik, komitə, idarə və təşkilatlarla birlikdə müvafiq dövlət proqramları əsasında hazırlanan “Azərbaycan Respublikasının 2018-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2018-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nin bəyənilərək, “Büdcə sistemi haqqında” Qanuna əsasən büdcə zərfinə daxil olan sənədlər toplusunun Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması qərara alınıb.
Büdcə zərfinə daxil olan sənədlər hazırda Prezident Administrasiyasındadır. Bu sənədlər toplusu yaxın günlərdə ölkə başçısı tərəfindən Milli Məclisə də təqdim olunacaq.
Xatırladaq ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,255 milyard manat, xərcləri isə 16,9 milyard manat məbləğində təsdiqlənmişdi.
© Modern.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























