970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb

AzVak-mobil_resmin_ustu_31
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Mərkəzi Bankı “Paysis” MMC-nin və “Greentek Group” MMC-nin, həmçinin onların vəzifəli şəxslərinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumatlar yayıb.

MArja.az xəbər verir ki. məlumatlarda bildirilir:

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 07.10.2025 – 03.11.2025-ci il tarixlərində “Paysis” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Paysis” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2 və 598.1.6-cı maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min manat) manat məbləğində cərimə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin 01 iyun 2026-cı il tarixli qərarı ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən Təşkilata 11 iyul 2024-cü il tarixli EPT-007 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 12.11.2025 – 25.12.2025-ci il tarixlərində “Greentek Group” MMC-də həyata keçirilən yerində yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Greentek Group” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-cı və 598.4-cü maddələrinə əsasən hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min manat) manat məbləğində cərimə edilmişdir. Mərkəzi Bankın İdarə Heyətinin 13 may 2026-cı il tarixli, 22 nömrəli protokolu ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.1-ci maddəsinə əsasən Təşkilata 18 sentyabr 2024-cü il tarixli, EPT-013 nömrəli elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya ləğv edilib.

İş elanları AzVak.az-da

11.06.2026 09:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19