Neft ölkələrinin pulları güclənməyə başladı
Xam neft qiymətləri, istehsalın azaldılması qərarları ilə əlaqədar 17 ayın ən yüksək səviyyəsinə çıxıb.
"Marja" Bloomberg-ə istinadən xəbər verir ki, buna bağlı olaraq, enerji şirkətlərinin səhmləri və neft ilə əlaqəli pul vahidləri dəyər qazanır. İstiqrazlar təzyiq altındadır. Çin səhmləri dəyər itirərkən, Japonyada Nikkei İndeksi bu ilin zərərini geri alıb.
Neft, Nyu York və Londonda, həddindən artıq təklif vəziyyətini aradan qaldırmaq üçün OPEC və aralarında Rusiyanın da olduğuı OPEC-ə daxil olmayan ölkələrin razılaşdığı bir mühitdə 5%-dən çox dəyər qazanıb. Üstəlik Səudiyyə Ərəbistanı razılaşmada göstəriləndən daha çox və tez istehsal ixtisarına gedəcəyini qeyd edib.
Dollar, faiz artırımı qərarı çıxmasının gözlənildiyi Fed toplantısı əvvəli, əvvəlki iki seansda 1% yüksəldikdən sonra yüngülcə geriləyib. Mis sıçrayış edərkən, Avstraliyadan Amerikaya ölkə istiqrazları düşüb. Çində Shenzen bazarında icra olunan səhmlər, əmlak şirkətlərindəki enişlərlə birlikdə son üç ayın ən sürətli itkisinə yönəlib.
Neft razılaşması, xam neft qiymətlərinin "atəşini" yüksəldib və bunun nəticəsində qlobal inflyasiya arta bilər. Güclü ABŞ iqtisadi məlumatları və Donald Trump-ın seçkini qazanması, Fedin Çərşənbə günü tətiyi çəkəcəyinə (faiz artıracağına) dair gözləntiləri gücləndirib. ABŞ-da 2016-cı ilin sonuna qədər faizin artırılacağına bağlı gözlənti, 8 Noyabrdakı ABŞ prezident seçkilərindən bu yana dolları gücləndirərkən, ölkə istiqrazlarında satış gətirib.
Bu gecə Brent nefti Londonda ICE Futures Europe birjasında 3.56 dollar yüksələrək bareli 57.89 dolları, Qərb Teksas nefti (WTI) isə Nymex birjasında 3.01 dollar yüksələrək bareli 54.51 dolları görüb. Bakı vaxtı ilə saat 07:00-a olan məlumata görə, Brent nefti 56,64 dollrdan, Teksas nefti isə 54 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























