İnternet xidməti göstərən operatorlar və provayderlər yenidən uçota durmalıdır
Nazirlər Kabineti “İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması qaydası”nı təsdiq edib.
Bu qayda Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçota alınması, uçot məlumatlarında dəyişikliklərin edilməsi və uçotunun ləğvi qaydasını müəyyən edir.
İnternet telekommunikasiya xidməti göstərən provayder dedikdə internet provayder və host provayder nəzərdə tutulur. Operatorların və provayderlərin uçotu operatorların və provayderlərin və ya onların səlahiyyətli nümayəndələrinin müraciəti əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bu qayda əsasında aparılır. Operatorların və provayderlərin uçota alınması, habelə uçot məlumatlarında dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.
IPv4 - 4-cü versiya internet protokolu, IPv6 - 6-cı versiya internet protokolu, İP ünvan - internet şəbəkəsinə qoşulmuş hər bir kompüter və qurğulara verilən unikal şəbəkə ünvanı, Avtonom Sistem (AS) - vahid marşrutlama siyasətinə malik, bir və ya bir neçə şəbəkə operatoru tərəfindən idarə olunan İP ünvan və marşrutlayıcılar sistemidir. Operatorlar və provayderlər xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində nazirlikdə uçota durmalıdırlar. Operatorlar və provayderlər uçota alınmaları üçün “Elektron hökumət” portalına daxil olaraq müvafiq autentifikasiya prosesini keçməklə, ada ərizəni elektron qaydada doldururlar. Ərizəyə vergi ödəyicisi kimi uçota alınmasını təsdiq edən şəhadətnamənin surəti, habelə olduğu halda hüquqi şəxsin nizamnaməsinin (və ya əsasnaməsinin) surəti, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Azərbaycan prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanına əsasən müəyyənləşdirilmiş və təqdim olunmuş texniki-təşkilati şərtlər və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə və müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanətin surəti, xidmət göstərməyə başladığı ilk abunəçi (abunəçilər) ilə bağlanılmış müqavilənin (müqavilələrin) təsdiq olunmuş surəti (surətləri) (bu Qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər istisna olmaqla) əlavə olunur.Nazirlikdə uçota alınması üçün təqdim olunan sənədlərə onların qeydiyyat tarixindən etibarən 7 iş günü müddətində baxılır.
Operatorun və provayderin uçota alınmasından uçota alınma üçün təqdim edilmiş ərizə tam şəkildə doldurulmadıqda və ya ərizəyə qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatların daxil edildiyi müəyyən olunduqda, təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə və göstərilən xidmətlərin texniki-təşkilati imkanları “Telekommunikasiya haqqında” qanununa uyğun olmadıqda imtina edilir. Operator və provayder uçota alınmadan imtina üçün əsas olmuş halları aradan qaldıraraq, 15 gün müddətində yenidən müraciət etməlidir. Operatorların və provayderlərin uçotu eyniadlı informasiya sistemi vasitəsilə aparılır.
Uçota alınmış operatorların və provayderlərin fəaliyyətlərinin dayandırılması barədə onlar və ya səlahiyyətli nümayəndələri fəaliyyətlərinin dayandırıldığı gündən 10 gün müddətində nazirliyə məlumat verirlər.
Uçot aşağıdakı hallarda ləğv olunur:
- Uçota alınmış operator və ya provayder tərəfindən müvafiq ərizə təqdim edildikdə;
- Uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;
- Vergi ödəyicisi olan fiziki şəxs vergi uçotundan çıxarıldıqda;
- Məhkəmənin müvafiq qərarı olduqda;
- Hüquqi şəxs ləğv edildikdə.
Bu qayda qüvvəyə mindiyi tarixədək internet telekommunikasiya xidməti göstərməyə başlamış operatorlar və provayderlər qaydanın qüvvəyə mindiyi tarixdən sonrakı 2 ay ərzində nazirliyə müraciət edərək, bu qaydaya uyğun olaraq uçota durmalıdırlar.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
1 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
1 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
2 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
2 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
2 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
2 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
-
3 saat əvvəl
Rusiya sülhü qəbul etməzsə…: ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Ən çox oxunanlar
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR
Bakı limanında “mafiya filmi” ssenarisi
OpenAI Amazon ilə 10 milyard dollar investisiya və süni intellekt çiplərindən istifadə barədə danışıqlara başlayıb











.webp)








.jpg)





.jpg)
