"Qadının əxlaqını sorğulamaq otelə qalmayıb"
Cavid İmamoğlu:"Cəmiyyətdə bu qəbul olunmur deyə, insanlar altdan-altdan iş görməli deyillər ki? Onsuz da, əxlaqlı qadın belə yollara əl atıb, həyat yoldaşına xəyanət etməz"
"Otellərdə insanlardan nikah kağızının istənilməsi, həqiqətən absurddur”.
Bunu sosioloq Cavid İmamoğlu deyib.
O bildirib ki, nikah kağızının tələb edilməsi insanların hüquqlarının məhdudlaşdırılması deməkdir:
"Çünki otel özəl müəssisədir və insanlara xidmət göstərir. Otellərdə kimin yaşamağının əhəmiyyəti yoxdur, hər kəsə şərait yaratmalıdır. Gələn qonaqlar ailəlidir, yaxud əməkdaşdır və ya sevgilidir otel sahibləri üçün heç bir önəmi olmamalıdır. Təəssüf ki, bizdə belə ayrımlar hələ də davam etməkdədir.
Bəzən olur ki, yaxın dostlar, iş yoldaşları səfərə çıxır. Oteldə iki ayrı otağı icarəyə götürmək büdcələrinə uyğun olmaya bilər. Amma otel sahibi nikah şəhadətnaməsi tələb etdiyinə görə, ayrı-ayrı otaqlar götürüb, əlavə xərcə düşürlər. Bu məsələ insanların azad seçim haqqına, istirahət hüququna zərər gətirir.
Ümumiyyətlə, Azərbaycanda xidmət sahəsində insanların şəxsi həyatına mümkün qədər az müdaxilə edilməlidir. Çünki bu müəssisə düzgün xidmət göstərirsə, müştərinin ailəli olub-olmadığı, yanında gətirdiyi qadının nişanlısı, həyat yoldaşı olması otel sahiblərini maraqlandırmamalıdır”.
Azərbaycan reallığında nikahdan kənar ailə münasibətlərinin olduğunu diqqətə çatdıran C.İmamoğlu vurğulayıb ki, insan yaşadığı qadınla otelə getdikdə nikah kağızı göstərməyə məcbur deyil:
"Ola bilər ki, kimsə nikahsız yaşayır. Hansısa rayona dincəlməyə getdikdə nikah şəhadətnaməsi olmadığına görə, oteldə qala bilmir. Bu, çox mənasız və insanlığa xidmət etməyən prosedurdır. Əlavə bürokratiya yaratmaqla, insanların istirahət etmək hüququnu məhdudlaşdırmaq düzgün deyil.
Bəzi otel sahibləri iddia edir ki, istirahət adı ilə gəlib, yanında əxlaqsız qadınları gətirənlər də olur. Lakin nəzərə almaq lazımdır, hansısa kişinin yanında gətirdiyi qadının əxlaqını sorğulamaq otelə qalmayıb. Cəmiyyətdə bu qəbul olunmur deyə, insanlar altdan-altdan iş görməli deyillər ki? Onsuz da, əxlaqlı qadın belə yollara əl atıb, həyat yoldaşına xəyanət etməz.
Düşünün ki, bir şəxsin 3 arvadı var. Biri ilə nikah bağlayıb, ikisi ilə rəsmi nikahı yoxdur. Həmin şəxs həyat yoldaşını götürüb, istirahətə gedir və oteldə qalmalıdır. Heç bir əxlaqsız hərəkətə yol vermirsə, başqalarını narahat etmirsə, həmin şəxsdən hansı əsasla nikah sənədi tələb edilməlidir? Belə halda həmin şəxsin hüququ pozulur”.
Qeyd edək ki, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov da otellərdə nikah kağızının tələb edilməsini düzgün hesab etməyib. N. Səmədov bildirib ki, bu hər hansı işçinin özbaşınalığı da ola bilər.
© Sherg.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























