Azərbaycan şirkəti 500 milyon dollarlıq kredit müqaviləsi imzaladı
20 oktyabr 2017-ci il tarixində “Cənub Qaz Dəhlizi” QSC (CQD) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə kredit ayrılmasına dair müqavilə imzalanmışdır.
Bu barədə "Marja"ya Maliyyə Nazirliyindən bildirilib.
500 milyon ABŞ dolları məbləğində olan kredit sazişini CQD-nin Baş direktoru Əfqan İsayev və AYİB-in enerji və təbii sərvətlər bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru xanım Aida Sitdikova, kredit müqavinə dair zəmanət sazişi isə Azərbaycan Hökuməti adından maliyyə naziri Samir Şərifov və xanım Aida Sitdikov arasında imzalanmışdır.
Bundan əvvəl, 18 oktyabr 2017-ci il tarixində CQD TANAP layihəsinin maliyyələşdirilməsi üçün dövlət zəmanəti əsasında 18 il müddətinə 500 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurası müsbət qərar qəbul etmişdir.
Maliyyə naziri Samir Şərifov imzalanma mərasimində bildirmişdir ki, Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən verilən dəstək bu qlobal enerji layihəsinə inam və etibarın bariz nümunəsidir. Nazir Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi”ni enerji təhlükəsizliyi layihəsi adlandırdığını xatırladaraq bu layihənin təkcə Azərbaycan üçün deyil, Avropa və regionun enerji təhlükəsizliyi üçün xüsusi önəm daşıdığını vurğulamışdır.
CQD-nin Baş direktoru Əfqan İsayevCənub Qaz Dəhlizi layihəsininAzərbaycan qazının qlobal enerji bazarlarına çıxışına xidmət edəcəyini və milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verəcəyinibildirərək, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir:
“Cəmiyyət tərəfindən Cənub Qaz Dəhlizi layihəsi üzrə (mövcud Şahdəniz 1 və Cənubi Qafqaz Boru Kəməri layihələri daxil olmaqla) 2020-ci ilə kimi (daxil olmaqla) ümumi tələb olunan təqribən 11.8 milyard ABŞ dolları məbləğində vəsaitdən indiyədək 7.8 milyard ABŞ dolları hissəsi, yəni təqribən 66 faizi icra edilib. Bundan cari ilin əvvəlindən bu günədək 1.9 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Layihə çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi üzrə görüləcək işlərin (ilk qazın hasilatına dair) 96 faizi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) üzrə ilk qazın ötürülməsinə dair işlərin 98 faizi yerinə yetirilmişdir, TANAP-ın inşası üzrə işlərin 82 faizi, Trans-Adriatik Boru Kəmərinin (TAP) inşası üzrə isə işlərin 53 faizi icra edilib. İnşaat işləri uğurla davam etdirilir”.
A.Sitdikova isə AYİB və Azərbaycan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirərək vacib tərəfdaş kimi Azərbaycanla bundan sonra da əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını ifadə etmişdir.
Qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri və yeni tikiləcək TANAP və TAP vasitəsi ilə Türkiyə və Cənubi Avropa ixracını təmin etməkdir.
“Cənub Qaz Dəhlizi” QSC Azərbaycan Respublikası Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli, 287 nömrəli Sərəncamı əsasında yaradılmış və səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsus olan qapalı səhmdar cəmiyyətidir.
Müştərilərin xəbərləri
PAŞA Bankın səhmlərinə abunə yazılışının müddətinin uzadılmasından sonra yaranmış iddialara cavab: "İnvestorlar 2025-ci il üzrə dividend əldə etmək hüququnu saxlayırlar"
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
8 saat sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
“PAŞA Kapital”ın xalis mənfəəti artıb - MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
- 44 d. əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 19 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bu BOKT-un aktivləri 5 dəfədən çox artıb, zərərdən mənfəətə keçib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 19 GÜN
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Ən çox oxunanlar
Mayın 25-də gözlənilən hava şəraiti
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
AZAL-ın sədrindən aviabiletlərin qiymətləri barədə açıqlama
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb






















.jpg)


