"Azərbaycan yeni neft müqaviləsini əvvəlkindən daha üstün şərtlərlə imzalayıb"
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib.
MM-dən verilən məlumata görə, iclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər LTD, Ekson Azərbaycan Limited, İndeks Sausvest Kaspian Si, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə dair” qanun layihəsi müzakirə edilib.
Komitə sədri Valeh Ələsgərov sənədin şərhi zamanı bildirib ki, yenilənmiş saziş bu il sentyabrın 14-də Bakıda imzalanıb. Görülən işlərin nəticəsi kimi indiyədək podratçı tərəflər mənfəətlərindən 14,4 milyard dollar mənfəət vergisi ödəyib. Dövlət Neft Şirkətinin törəmə şirkəti podratçı tərəf olaraq mənfəət neftinin satışından 5,9 milyard dollar qazanıb. Müqavilə şərtlərinə uyğun olaraq texnoloji tələbat üçün istifadə olunmayan 41,7 milyard kubmetr həcmində səmt qazı ötürülüb. Mövcud məlumata görə, adı çəkilən yataqlarda ən azı 500 milyon tona yaxın çıxarıla biləcək neft ehtiyatı var.
Qeyd olunub ki, müqavilənin əvvəlki müddəti 2024-cü ilə qədər olduğundan qalan 7 ildə hasilat aşağı düşəcəkdi. Bu hasilatı isə sonradan bərpa etmək çox çətin olacaqdı. Ona görə də müqavilə müddətinin uzadılması, yenilənməsi çox uzaqgörənliklə atılmış bir addımdır.
V. Ələsgərov deyib ki, Azərbaycan dövləti və Dövlət Neft Şirkəti yenilənmiş müqaviləni bundan əvvəlki müqavilədəki şərtlərdən də üstün şərtlərlə imzalayıb. Dövlət Neft Şirkətinin danışıqlar nəticəsində daha üstün, əlverişli şərtlər əldə etməsində əsas amillərdən biri həm neft, həm də qaz sahəsində artıq heç bir riskin olmamasıdır. Bunun üçün də həmin xarici investorlar Azərbaycana hər il 450 milyon dollar olmaqla, 8 il bonus ödəyəcəklər.
Çıxış edən Kamran Nəbizadə, Rövnəq Abdullayev, Mirkazım Kazımov, Mirzəcan Xəlilov, Mixail Zabelin sənədin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, bu müqavilə Azərbaycan dövlətinin və xalqının maraqlarına cavab verməklə, ölkənin inkişafını daha da sürətləndirəcək, siyasi və iqtisadi qüdrətini möhkəmləndirəcək.
Müzakirələrdən sonra saziş təsdiqlənməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)








.jpg)








