Yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb
Naxçıvanın Kəngərli rayonunda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni Tütün Yetişdirmə Təsərrüfatı yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tütün Yetişdirmə Təsərrüfatının fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, 2,5 hektar ərazini əhatə edən Tütün Yetişdirmə Təsərrüfatında şitil yetişdirmək üçün 2304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr sahədə tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılıb, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar “Virciniya” və “Oriental” tütün sortları əkilib, bugünədək 11 tondan çox quru tütün istehsal olunub. Təsərrüfatda 60 nəfər işlə təmin olunub.
Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur. Tütünün becərilməsi, yığımı və qurudulması müasir texnoloji qaydalara uyğun aparılır ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcəkdir. Eyni zamanda burada tütün qəbulu da həyata keçiriləcəkdir. Dövlət tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu sahəyə marağı xeyli artırıb. Artıq bu ildən etibarən Kəngərli rayonunun 10 kəndinin torpaq mülkiyyətçiləri tütün əkini üçün müraciət ediblər. Gələn il 100 hektardan artıq sahədə tütün əkilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, hazırda “Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur. İstehsal olunan məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.
Ali Məclisin Sədri təsərrüfatın qurulmasında əməyi olanlara təşəkkür edib, Şərur və Kəngərli rayonlarında tütün əkini sahələrinin genişləndirilməsi, ailə və fermer təsərrüfatlarının yaradılması, tütün əkiləcək torpaqların analiz olunması və uyğun sahələrin seçilməsi, yüksək məhsuldarlığa və keyfiyyətə malik sortların əkininə üstünlük verilməsi barədə tapşırıqlar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























