Göyçaydan 26 ölkəyə ixrac edilir
Göyçay rayonunda nar bağlarında məhsul yığımı davam edir. Toplanan məhsulun bir hissəsi yerli və xarici bazara çıxarılır, qalan hissəsi isə istehsal müəssisələrinə verilir. Bölgənin ən böyük nar emalı müəssisəsi olan və dünyanın 26 ölkəsi ilə iqtisadi əlaqələr quraraq məhsul ixrac edən “AzNar” QSC hazırda nar qəbulu və istehsalı mövsümünün başlanması ilə əlaqədar ikinövbəli iş rejiminə keçib.
Məhsullarını dünya bazarına “Grante” brendi ilə satışa çıxaran müəssisə hər gün Göyçay, Sabirabad, Kürdəmir, Ağsu, Ucar, Hacıqabul, Zərdab və Ağdaş rayonlarından 200 ton nar qəbul edir. Hazırda mövsümlə əlaqədar müəssisədə əlavə 80 nəfər işçi çalışır. Həmçinin zavodun həmin rayonlarda nar qəbulu məntəqələri yaradılıb ki, orada çalışan insanlar kəndlərdən məhsul toplamaqla məşğuldur. Bu da kəndlərdə 100-dən çox mövsümi iş yerinin açılması deməkdir.
Cari ilin məhsul qəbulu və istehsalı üçün bütün avadanlıqlar saz vəziyyətə gətirilib. Bir neçə gün öncə “AzNar” QSC kənd zəhmətkeşləri və fermerlərdən narın hər kiloqramını 13 qəpiyə alırdısa, indi qiyməti 23 qəpiyə yüksəldib.
Zavodun icraçı direktoru Fərəc Əhmədov bildirib ki, müəssisədə “yaşıl istehsal” texnologiyasının tətbiqi nəticəsində “AzNar” QSC-də nar şirəsi, nar-şərab, qatılaşdırılmış nar şirəsi, alma, heyva və feyxua şirələri istehsal olunur.
Rayonda meyvəçiliyin inkişafına təkan verən “AzNar” QSC indiyədək 1160 hektar sahədə yeni nar, 15 hektar sahədə isə xurma, gilas və ərik bağı salıb. Meyvə bağlarına 200 işçi qulluq edir.
2011-ci ildən zavodda tullantısız nar emalı kimi yeni texnologiya tətbiq olunub. Nəticədə narın qabığından tanin maddəsi, tumundan isə yüksək dərəcəli yağ əldə edilir. Zavodda heç bir qatqısı olmadan təbii yolla hazırlanan nar şirələri indiyədək müxtəlif ölkələrdə keçirilən beynəlxalq qida məhsulları sərgisində 5 qızıl medal qazanıb.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























