Azərbaycan Rusiyanın tərəvəz məhsulları bazarında liderlər sırasındadır
Ötən il Rusiyaya ən çox tərəvəz məhsulları ixrac edən ölkələrin adları açıqlanıb. Rusiya Milli Tərəvəz İstehsalçıları İttifaqının yaydığı məlumata əsasən, 2016-cı ildə Mərakəş Rusiyaya 109 min ton, Azərbaycan isə 106 min ton pomidor tədarük edib.
Bundan başqa, eyni dövrdə Rusiya İrandan 44 min ton, Belarusdan isə 38,5 min ton xiyar idxal edib.
İttifaqın məlumatına görə, son 4 ildə istixana şəraitində yetirişdirilən tərəvəz məhsullarının istehsal 52%, açıq hava şəraitində becərilənlərin həcmi isə 20% artıb. Birincinin idxalı 41%, ikincinin isə 25% azalıb.
Ötən ilin dekabrında İttifaqın hesabatında qeyd edilən məlumata görə, 2016-cı ilin nəticələrinə əsasən, istixana məhsullarının istehsalı təxminən 875 min ton təşkil edəcək. Bu isə 2015-ci ilin analoji göstəricisindən 17% yüksəkdir.
Hesabatda eyni zamanda ehtimal edilir ki, açıq havada yetişdirilən tərəvəz məhsullarının (kartof istisna olmaqla) istehsal həcmi 2% azalaraq 4,48 mln. ton təşkil edəcək: "İstər istixana şəraitində, istərsə də açıq havada yetişdirilən tərəvəz məhsullarının idxalının 1/4-i qədər azalmasını müşahidə edəcəyik. Türkiyədən idxala qadağa qoyulması burada əsas amil hesab edilir", - deyə təşkilatın baş analitiki Kirill Lapşin proqnozlaşdırıb.
Qeyd edək ki, Rusiyanın idxal etdiyi pomidorin 50%-ə qədəri, xiyarın isə təxminən 20%-i Türkiyənin payına düşürdü. 2015-ci ildə bu ölkədən idxala qoyulan qadağa həmin bazarda Mərakeş və Azərbaycanın liderliyi ələ keçirməsinə şərait yaradıb.
Rusiyalı mütəxəssislər hesab edirlər ki, Türkiyə idxalına qoyulan qadağa davam edərsə, 2020-ci ilə qədər pomidor istehsalı Rusiyada hər il 17-20%-dək arta bilər. Xiyarın istehsal tempi o qədər yüksək olmasa da, bu sahədə inkişaf dinamikası davam edəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)


