Bir ayda 9000 ağac calaq edib, 1 - 100 manata satır
Lənkəranın Hirkan qəsəbəsi rayonda meyvə tinglərinin yetişdirildiyi məkan kimi tanınır. Bu kəndin əhalisinin əsas məşğuliyyətlərindən biri bağçılıq və tingçilik təsərrüfatları hesab olunur. Rayonda tanınmış bağbanlardan biri də Fail Ağayevdir.
Hirkan qəsəbə sakini, təcrübəli bağban Fail Ağayev 20 ildir müxtəlif sitrus meyvələri və dekorativ ağac tingləri yetişdirir. Onun əsas məşğuliyyəti təsərrüfatında əkdiyi meyvə ağaclarını calaq etməkdir. Calaq etdiyi ağacların məhsuldar olması səbəbindən Fail Ağayevi Lənkəranda hər kəs tanıyır. Təcrübəli calaqçının bağında becərdiyi hər növ meyvə tinglərini Cənub bölgəsi ilə yanaşı Aran və Şimal bölgəsindən gələn müştərilər alır. Ona daha çox meyvə və dekorativ ağac tingləri sifariş verən paytaxt Bakı sakinləridir.
Təsərrüfat sahibi Fail Ağayev: “Bu təsərrüfatı mən təxminən 10 ildən artıqdır yaratmışam, 11 ilə yaxındır yaratmışam. Əvvəl 45 sot yerim var idi, indi 90 sotu keçib.”
Lənkəranda bir çox kəndlərdə ailələrin qazancının sitrus və subtropik meyvələrdən gəldiyini deyən Fail Ağayev əvvəllər bağlarda daha çox feyxoa əkildiyini bildirdi. Amma son illər bu sahəyə onda marağın azaldığını deyən təcrübəli bağban məhsulun bol, qiymətinin isə ucuz olmasından gileyləndi.
Təsərrüfat sahibi Fail Ağayev: “Feyxoa yetişməyə başlayanda xarici bazarlara çıxarırdılar. Əvvəl biraz çıxır, sonra çıxmır. Ondan sonra da qiymət düşür. İndi haradasa 5-10 günə 20 qəpiyə düşəcək. O da sərf etmir. 235 ədəd 12 il bundan qabaq ağac əkmişəm 250 manat cəmi satışı var. Yəni ki, onun yerinə başqa şey əksəm daha yaxşıdır.”
Ömrünü ağac əkməyə, bağ salmağa həsr edən təcrübəli bağban əkilən ağacların suvarılmasından da söz açdı. O, deyir ki, calanan yeni meyvə ağaclarının suvarılması vacib deyil. Ağac calandıqdan bir gün sonra suvarılır, ondan sonra həmin ağac yaz fəslində suvarılmalıdır. Bağındakı meyvə ağaclarına bu yay quraqlığın heç bir təsir göstərmədiyini deyən Fail Ağayev tinglərin suvarılması üçün suyu Xanbulan su hövzəsindən alır.
Təsərrüfat sahibi Fail Ağayev: “Suvarma ilə bağlı ötən ilə qədər çətinlik olurdu. Fasilələr olurdu. Suyu da bizə Xanbulan su hövzəsindən verirdilər. Bu il qəti problem olmadı. Mənim bağımda ümumiyyətlə problem olmadı.”
Təsərrüfatında daha çox sitrus bitkilərini calaq edən təcrübəli bağban deyir ki, meyvə tingləri əsasən yaz və payız aylarında calaq edilir. Limon, mandarin, portağal, kinkan və qreyfrut kimi ağacları calaq edən Fail Ağayev digər meyvə ağaclarının tinglərinə də tələbatın olduğunu deyir.
Təsərrüfat sahibi Fail Ağayev: “Son zamanlar Avstraliya ağacı olan evkaliptdir. Onun müxtəlif növləri var. Onun alışı güclənib. Ondan sonra maqnoliya var.”
Təsərrüfatında 50-yə yaxın bitki tingləri becərən Fail Ağayev sitrus ağaclarına tələbatın böyük olduğu üçün bu ilin avqustında 9000 ağac calaq edib. Əsasən xarici növ ağaclar əkən təcrübəli bağban vətəni İtaliya, Rusiya, Braziliya, Avstraliya olan 30-a yaxın bitkini yerli iqlim şəraitinə uyğunlaşdıraraq onların tinglərinin satışını da həyata keçirir. Ümumilikdə təsərrüfatında satdığı ağac tinglərinin qiyməti 1 manatdan 100 manata qədərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)



