Rekord həcmdə xalis mənfəət əldə edib
Bu ilin III rübündə “Türk Hava Yolları” aviaşirkətinin əldə etdiyi xalis əməliyyat mənfəəti 939 milyon ABŞ dollar təşkil edib ki, sözügedən rüb əvvəlki illərin analoji dövrləri ilə müqayisədə ən mənfəətlisi olub.
“Türk Hava Yolları” aviaşirkətinin 2017-ci ilin əvvəlindən etibarən tətbiq etdiyi maliyyə intizamı və tələbatın dinamik idarə olunması sistemi sayəsində şirkət cari ilin III rübündə rekord həcmdə – 939 mln. ABŞ dolları məbləğində xalis mənfəət əldə edib. Doqquz ay ərzində bu göstərici 956 mln. ABŞ dolları təşkil edib.
2017-ci ilin III rübündə şirkətin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 23% artaraq 3,6 mlrd. ABŞ dolları təşkil edib. Yanvar-sentyabr aylarında orta ümumi gəlir 8% artıb və 8,2 mlrd. ABŞ dollarına çatıb.
“Türk Hava Yolları”nın maliyyə hesabatına əsasən, 2017-ci ilin III rübü ərzində vergi, faiz, aşınma, amortizasiya və icarə (EBITDAR) ödəmələrinədək mənfəət 90% artaraq 1,5 mlrd. ABŞ dolları təşkil edib. EBITDAR üzrə rentabellik 41% təşkil edib və bu da “Türk Hava Yolları”nı dünyanın ən gəlirli aviaşirkətlərindən birinə çevirir.
“Bu ilin üçüncü rübündə qeydə alınmış xalis mənfəət “Türk Hava Yolları”nın gəlir əldə etmək qabiliyyətini əyani şəkildə nümayiş etdirir. Bizim aviaşirkət böyük bir ailədir və bu ailənin ümumi məqsədi var – dünyanın aparıcı beşulduzlu aviaşirkətlərindən biri olmaq. Aviaşirkət sərnişinlərə xidmət keyfiyyətində heç bir güzəşt etmədən artmağa və inkişaf etməyə davam edəcək. Türkiyənin ən böyük ixrac şirkəti olaraq, biz İstanbulu mühüm beynəlxalq nəqliyyat mərkəzi kimi təmsil etməyə davam edəcəyik”, - deyə “Türk Hava Yolları”nın İdarə Heyəti və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.
Maliyyə nəticələrinə əsasən, bu ilin sentyabr ayında sərnişin oturacaqlarının məşğulluq əmsalı 81,5% təşkil edib ki, bu da sentyabr ayı üçün son 5 il ərzində rekord göstəricidir. 2017-ci ilin üçüncü rübündə aviaşirkət tərəfindən 21,3 mln. sərnişinə xidmət göstərilib və bu göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 17% çoxdur. Beləliklə, 2017-ci ilin ilk doqquz ayı ərzində şirkət 52 mln. sərnişin daşıyıb, bu zaman sərnişin oturacaqlarının məşğulluq əmsalı 79% təşkil edib. Yanvar-sentyabr ayları ərzində görülən sərt maliyyə tədbirləri sayəsində aviadaşıyıcının əməliyyat xərcləri 6% azalıb.
“Türk Hava Yolları”nın törəmə bölməsi olan “Turkish Cargo” aviaşirkəti 2017-cu ilin üçüncü rübünün sonuna olan vəziyyətə görə, istiqamətlərin sayını 55-dən 72-dək artırıb və 29% artım göstərərək 294 min ton yük daşıyıb. Hesabat dövründə “Turkish Cargo” şirkətinin gəliri ötən ilin analoji vaxtı ilə müqayisədə təxminən 40% artaraq 343 mln. ABŞ dollarına çatıb. Bu yaxınlarda isə “Turkish Cargo” "Asiyanın ən yaxşı yük aviaşirkəti" adına layiq görülüb.
“Türk Hava Yolları” cari ilin III rübündə Samara (Rusiya) və Pxuketə (Tailand) birbaşa uçuşlara başlayıb ki, bununla da Türkiyənin milli aviaşirkəti tərəfindən yerinə yetirilən uçuş istiqamətlərinin sayı 300-ə çatıb, onlardan 49-u daxili və 251-i isə beynəlxalq (120 ölkə) aviareyslərdir. Şirkətin aviaparkı dünyanın ən yeni aviaparklarından biri hesab olunur ki, burada 329 təyyarə mövcuddur, onlardan 223-ü dar gövdəli, 90-ı geniş gövdəli, 16-sı isə yük avialayneridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
1 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
1 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
1 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
-
1 gün əvvəl
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
-
1 gün əvvəl
PAŞA Bank “Nargis” Fondunun Qurban bayramı xeyriyyə aksiyasını dəstəkləyib
-
1 gün əvvəl
Bank of Baku-dan şəhid və qazi övladları üçün “RoboKəşf” təşəbbüsü – təlim və ekskursiya
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Azərbaycanda beynəlxalq sığorta forumu keçiriləcək
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Ən çox oxunanlar
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
İnvestorlara milyonlarla manat borcu olan “FINCA Azerbaijan”ın bir sıra maliyyə göstəriciləri pisləşib
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
















.jpg)






