CEO Lunch Tbilisi və biznes-foruma qeydiyyat davam edir
Caspian European Club və Caspian American Club çərçivəsində Azərbaycan-Gürcüstan biznes-forumuna və noyabrın 29-da Gürcüstanda keçiriləcək üçüncü CEO Lunch Tbilisi-yə iştirakçıların qeydiyyatı davam edir.
Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, foruma qeydiyyat noyabrın 28-dək açıqdır. Qeydiyyatdan keçmək üçün bu linkə daxil olmaq tələb edilir:http://www.caspianenergy.org/index.php/en/ceo-lunch/item/124-ceo-lunch-tbilisi-gruziya-24-11-2017
“Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə həsr olunmuş biznes-forumda Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov iştirakçı şirkət rəhbərləri ilə görüş keçirəcək və onları maraqlandıran bütün suallara cavab verəcək”, - deyə Telman Əliyev söyləyib.
Telman Əliyev biznes-forumdan sonra ənənəvi CEO Lunch Tbilisi keçiriləcəyini qeyd edib. CEO Lunch-da fəxri qonaq qismində Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, Kvemo-Kartli regionunun qubernatoru Qriqola Nemsadze və Marneul bələdiyyəsinin başçısı Teymur Abazovun iştirakı gözlənilir.
CEO Lunch Tbilisi-nin 2017-ci ilin sonunadək PASHA Bank Georgia-dır.
O həmçinin xatırladıb ki, birinci CEO Lunch Tbilisi sentyabrın 29-da Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə keçirilib.
Telman Əliyev 2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 5-ci Beynəlxalq “Caspian Energy Forum”un təşkil olunacağını xatırladıb. Tədbirin açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.
Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektor arasında dialoqun nizamlanmasında aparıcı rol oynayan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.
Telman Əliyev qeyd edib ki, Caspian European Club və Caspian American Club CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə CEO Lunch təşkil edir.
Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club və Caspian American Club-un sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkətvə təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyətgöstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsiistiqamətində fəal iş aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)



.jpg)
