“Birinci Bakı PR Forumu” keçiriləcək
Azərbaycan PR Mütəxəssisləri Assosiasiyasının (APRA) 28 noyabrda Bakıda keçirdiyi toplantıda bu barədə qərar qəbul edilib.
“Veysəloğlu Qrup”, “AtaHolding”, “Alibayov Kommunikasiya və Konsaltinq”, Azərbaycan Sahibkarlar Konfederasiyası, “Bakcell”, “Bakı Liman”, “Premark”, “UniBank”, “İcbari Sığorta Bürosu”, “İnci Group”, “HED Academy” və bir sıra digər qurumların nümayəndələrinin iştirak etdiyi bu toplantıda APRA-nın 2018-ci ildə keçirəcək “Birinci Bakı PR Forumu”na hazırlıq işləri müzakirə edilib.
APRA-nın İdarə Heyətinin sədri, “Veysəloğlu Qrup”un İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə “Birinci Bakı PR Forumu”nu Azərbaycanda ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində çalışan mütəxəssisləri bir araya toplaya biləcək bir platforma kimi düşünüldüyünü bildirib. İ. Məmmədzadə “Birinci Bakı PR Forumu”na ilkin hazırlıq işlərinin artıq başladığını və Forumun keçirilməsində maraqlı olan qurumlarla tərəfdaşlıq və əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Hər il keçirilməsi nəzərdə tutulan bu Forum PR mütəxəssislərə bilik və bacarıqlarını inkişaf etdirmək, yerli və xarici təcrübəni müqayisə etmək və xarici PR mütəxəsisslər ilə sıx əlaqələr yaratmağa yardım edəcək.
Qeyd edək ki, Azərbaycanda bir sıra aparıcı qurum və şirkətlərin PR mütəxəssislərini, PR xidmətləri təklif edən şirkət nümayəndələrini özündə birləşdirən APRA 2016-cı ilin may ayında təsis olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























