2,7 dəfədən 0,3 faizədək azalma - Sənaye geriləyir
2016-cı ildə sənaye sahəsində 32,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 0,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz artmış, neft sektorunda isə 1,1 faiz azalmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, sənaye məhsulunun 65,4 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda neft hasilatı 1,4 faiz, əmtəəlik qaz hasilatı isə 3,9 faiz azalmışdır.
Emal sektorunda qida məhsullarının istehsalı 4,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 2,7 dəfə, geyim istehsalı 41,0 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 10,8 faiz, kağız və karton istehsalı 1,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 0,3 faiz, hazır metal məmulatlarının istehsalı 24,9 faiz, kompüter və elektron məhsulların istehsalı 7,4 faiz, elektrik avadanlıqlarının istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 17,0 faiz, mebel istehsalı 9,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,7 faiz artmış, içkilərin istehsalı 10,0 faiz, tütün məmulatlarının istehsalı 13,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 67,9 faiz, poliqrafiya məhsullarının istehsalı 12,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 12,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,3 faiz, tikinti materiallarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı isə 14,9 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi emalı sektorunda isə 0,7 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
4 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)

