ABŞ səfiri CEO Lunch Bakunun fəxri qonağı olacaq
ABŞ-ın Azərbaycan Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta dekabrın 20-də keçiriləcək 9-cu CEO Lunch Baku-da iştirak edəcək. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib. O qeyd edib ki, bu CEO Lunch Baku Azərbaycan-Amerika münasibətlərinə həsr olunub. CEO Lunch Baku-da iştirak üçün rəsmi dəvət də SOCAR-ın prezidenti Rövnəq Abdullayevə göndərilib.
Telman Əliyev vurğulayıb ki, ABŞ Azərbaycanın strateji partnyorudur və ölkəmizin həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri dəstəkləyir. “Bu gün Amerika şirkətlərinin əksəriyyəti Xəzər-Qara dəniz regionu ölkələrinin ərazisində uğurla fəaliyyət göstərir. Bundan əlavə, ikitərəfli biznes əlaqələrinin inkişafında, əməkdaşlığın qurulmasında və birgə layihələrin həyata keçirilməsində böyük maraq var. Biz bundan çox məmnunuq. Ümid edirik ki, gələcəkdə əməkdaşlığımız öz bəhrəsini və Xəzər-Qara dəniz regionu ölkələrinin ABŞ ilə ticari-iqtisadi münasibətlərinə öz töhfəsini verəcəkdir”, - deyə Telman Əliyev deyib.
Caspian American Club-un ötən ilin dekabrında yaradıldığını xatırladan Telman Əliyev Caspian American Club-un fəaliyyətinə və 2018-ci il iyunun 4-də keçiriləcək Caspian American Forum Baku-ya göstərilən diqqət və qayğıya görə ABŞ Səfirliyinə öz minnətdarlığını bildirib.
Caspian European Club və Caspian American Club-un Sdəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
“Maraqlıdır ki, Azərbaycan-Amerika münasibətlərinə həsr olunmuş CEO Lunch Baku Caspian American Cub-un yaranmasının ildönümündə təşkil olunur”, - deyə Telman Əliyev söyləyib.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və özəl sektoru arasında dialqoun qurulmasında mühüm vasitələrdən olan CEO Lunch həmçinin qeyri-rəsmi şəraitdə yeni işgüzar əlaqələrin yaradılması və nizamlanması üçün əlavə imkanlar yaradır.
CEO Lunch-da sahibkarların üzləşdikləri problemlər müzakirə olunur, regionda fəaliyyət göstərən şirkətləri maraqlandıran məsələlərə toxunulur. CEO Lunch həmçinin iqtisadi əlaqələrin genişləndirilməsi təklifinin müzakirə edilə biləcəyi platforma rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























