"Biz özümüzü tərəvəzlə təmin etmişik”
“Xüsusilə indiki şəraitdə bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkədə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Burada yetişdiriləcək bütün məhsulların demək olar ki, hamısı xaricə ixrac olunacaq. Biz özümüzü tərəvəzlə təmin etmişik”.
Bunu Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.
Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.
Prezident İlham Əliyev: Salam, necəsiniz?
Aqronom Validə Məlikova: Sağ olun, xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Burada iş şəraiti yaxşıdır, necə işləyirsiniz?
Validə Məlikova: İş şəraitimiz çox yaxşıdır. Bizim üçün belə bir şərait yaratdığınıza görə sağ olun. Hər şey çox yaxşıdır, müasirdir.
Aqrotexnik Zərifə Behbudova: Xoş gəlmisiniz. Bizə bu şəraiti yaratdığınıza görə öz adımdan, yoldaşlarımız adından Sizə çox təşəkkür edirik. Burada əməyi keçən hər bir insana, Səməd bəyə minnətdarlığımızı bildiririk. Allah sizlərdən razı olsun.
Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm, gözəl müəssisə açılır, müasir standartlara cavab verir. Burada 10 hektarda gözəl park salınıb. İş şəraiti də, məhsuldarlıq da yaxşıdır. Ən son texnologiyalardır. Ölkəmizin iqtisadi potensialını artıran müəssisədir. Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq. İndi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə məhz pomidorla bağlıdır. Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, - bu da təbii ki olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub. Bura qadınlar üçün də iş yeridir. Bu da çox önəmlidir. Görürəm ki, burada işləyənlərin əksəriyyəti qadınlardır, iş şəraiti yaxşıdır.
Validə Məlikova: Bəli, iş şəraitimiz çox yaxşıdır. Çox yaxşı əməkhaqqı ilə təmin olunmuşuq. Biz də çalışırıq ki, ekoloji təmiz məhsul istehsal edək. Bizdə tam ekoloji təmiz məhsul istehsal olunur. Biz kimyəvi maddələrdən istifadə etmirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
-
-
1 saat əvvəl
Tramp: İranla danışıqlar “həddindən artıq yaxşı” gedir, atəşkəs tezliklə mümkün ola bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: “İranın neft resurslarını və Xərq adasını ələ keçirmək istəyirəm”
-
2 saat əvvəl
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
-
1 gün əvvəl
Leysan yağışları evlərə ciddi zərər vurub. Əhali necə tədbir almalı idi?
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi restoranlara da mənfi təsir göstərir
Kofeşop dolu görünür, amma qazanc yoxdur - EKSPERTDƏN AÇIQLAMA
Hörmüzdə başlayan neft şoku Qərbə doğru yayılır
Neft, husilərin müharibəyə qoşulması və ABŞ-ın əlavə hərbi qüvvələr göndərməsilə bahalaşır
Ən çox oxunanlar
Martın 29-da gözlənilən hava şəraiti
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır























