Xarici investorların Azərbaycanın fond bazarına yolu açılır
Xarici investorların Azərbaycanın qiymətli kağızlar bazarına cəlb edilməsi və bunun üçün lazımi mexanizmlərin yaradılması ilə bağlı işlər aparılır.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu işləri dəstəkləyir. Bu barədə Maliyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İnfrastruktur Nəzarət idarəsinin rəhbəri Ruslan Babayev Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Milli Depozit Mərkəzinin qarşısında xarici investorların yerli bazarlara təşviq edilməsi və bu imkanların genişləndirilməsi vəzifəsi qoyulub. Bu məqsədlə Palata tərəfindən Avropada fəaliyyət göstərən depozitar mərkəzlərlə əlaqələr qurulub. Eyni zamanda MDM-ə bununla bağlı tövsiyyələr verilib.
Bu yenilik, xarici investorların birbaşa Azərbaycanın qiymətli kağızlar bazarına çıxmasına və bu bazara yatırım etməsinə imkan verəcək. Qeyd edək ki, hazırda belə sistem mövcud deyil.
Hələlik xaricilər Azərbaycanda yalnız bir qiyməli kağıza – SOCAR istiqrazlarına vəsait yatırırlar. Son məlumatlara görə, Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan və Ukrayna vətəndaşları SOCAR İstiqrazları alıblar. Onlar bunu etmək üçün Azərbaycana gələrək yerli bankda dollar hesabı açıblar. Yeni sistemin qurulması isə xarici vətəndaşların ölkəyə gəlmədən bazara investisiya etməsinə imkan verəcək.
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
20 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 16 saat sonra
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 7 saat əvvəl
-
20 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
22 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb





















