“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi keçən həftə ərzində də 1.06$-ın üzərində ticarət edilib. Avropa Mərkəzi Bankının yumşaq pul-kredit siyasəti fonunda həyata keçirdiyi istiqraz alışı proqramı əleyhdarlarının artması, maliyyə bazarlarında avronun bahalaşmasına səbəb olur. Eyni zamanda, proqramın aylıq həcminin qismən azaldılması qərarı da, investorların avronun gələcək kursu ilə bağlı gözləntilərinə təsir etməyə başlayıb. Məzənnənin texniki mənzərəsini təhlil edən, İnvestAZ analitiklərinin fikrincə, qiymət 1.0720$-ın üzərində möhkəmlənərsə, 1.0818$ və 1.0870$-a kimi də bahalaşa bilər.
GBP
Funt/Dollar cütlüyünün qiyməti isə Böyük Britaniyanın yeni baş naziri Tereza Mayın ölkə iqtisadiyyatına investisiyaların artırılacağı bəyanatı fonunda keçən həftə ərzində 4% bahalaşmasına səbəb olub. Beləliklə, GBP/USD məzənnəsi 1.2416$-ın üzərində möhkəmlənərsə, 1.2515$ və 1.2680$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır.
TRY
USD/TRY məzənnəsi son 2 həftə ərzində ucuzlaşaraq, Türk lirəsinin 3.72TL-ə kimi bahalaşmasına səbəb olmuşdur. Maliyyə bazarlarında Türkiyə Mərkəzi Bankının bu həftənin çərşənbə axşamı Bakı vaxtı ilə saat 16:00-da açıqlayacağı faiz qərarı fonunda artım gözləntiləri, türk lirəsinin əlavə olaraq 3.70TL və 3.62TL-ə kimi də bahalaşmasına səbəb ola bilər.
OIL
Enerji bazarlarında Avropanın Brent markalı neftin qiyməti keçən həftə ərzində də 56$ ətrafında ticarət olunub. Dünya birjalarında dolların ucuzlaşması neft qiymətlərinin də bahalaşmasına müsbət təsir edir və qiymətlərin əlavə olaraq 58$-a kimi də dəyər qazana biləcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında də qızılın bir unsiya üzrə qiyməti keçən həftə ərzində də 1207$ (38.7 $/qram) ətrafında ticarət olunub. İnvestAZ analitiklərinin fikrincə, qızılın bir unsiya üzrə qiyməti gələcək günlərdə 1196$ (38.4 $/qram) üzərində möhkəmlənməklə 1230$ (39.5 $/qram) və 1255$-a (40.3 $/qram) kimi də bahalaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 6 d. əvvəl
- 14 d. əvvəl
-
23 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
25 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
-
28 d. əvvəl
Yaponiyanın ixracında son 9 ayın ən sürətli artımı qeydə alınıb
- 30 d. əvvəl
-
36 d. əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
-
42 d. əvvəl
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
- 44 d. əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Maaşa uyğun kredit – Expressbankda
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Yaponiyanın ixracında son 9 ayın ən sürətli artımı qeydə alınıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
İKTA internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə hədəfləri müəyyən edib
ABŞ Venesuela hakimiyyətini “terror təşkilatı” kimi tanıdı, neft tankerlərinin bloklanması ilə bağlı göstəriş verdi
Bakı–Bratislava–Bakı aviareysi gələn ildən açılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb


















.jpg)
