Zaur Qəhrəmanov: "Petrol Ofisi" olmazsa, B və C planlarımız var"
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Avstriyanın OMV qrupunun Türkiyədəki “Petrol Ofisi” şirkətini (yanacaqdoldurma şəbəkəsi) satışa çıxarması ilə bu səhmlərə maraq göstərir. Çünki "STAR" neft emalı zavodunun istismara verilməsindən sonra SOCAR-ın paylayıcı şirkətə ehtiyacı yaranır”.
Türkiyə KİV-ləri xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.
O qeyd edib ki, bu mənada “Petrol Ofisi” SOCAR üçün ən uyğun seçimdir. “Təbii ki, burada dəyərləndirmənin də önəmi var, əgər uyğun bir məbləğ olarsa, alışa niyyətimiz var. Lakin “Petrol Ofisi” olmazsa, bizim B və C planlarımız var. Başqa bir şirkəti satın almaq üçün müzakirələr apara, yaxud da sıfırdan bir şirkət yarada bilərik”, - deyə Z.Qəhrəmanov əlavə edib.
Qeyd edək ki, OMV “Petrol Ofisi”ni 2006-cı ildə "Doğan" Şirkətlər Qrupundan 3 mlrd. dollara alıb. Hazırda “Petrol Ofisi”nin Türkiyə ərazisində 1 785 yanacaqdoldurma məntəqəsi var. OMV ötən ilin fevralında “Petrol Ofisi”ni satışa çıxaracağını elan etmişdir.
Xatırladaq ki, "Petrol Ofisi"ni almaqda iddialı olan şirkətlərin sayı azalıb. Belə ki, OPET və BP şirkətləri "Petrol Ofisi"nin alışına dair keçirilən tenderdə iştirakını dayandırıb.
Hazırda 4 şirkət tenderdə iştirakını davam etdirir ki, bunlar da "Saudi Aramco", "Petromim-C", "Vitol" və SOCAR-dır.
"Bloomberg" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, yuxarıda adları çəkilən şirkətlər arasında "Petrol Ofisi"nin yeni sahib olmağa ən çox şansı olan "Saudi Aramco"dur. Bildirilir ki, ərəb şirkəti OMV-yə 1,6 mlrd. avro təklif edib.
® Report, APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















