Zəif dollar mərkəzi bankların "işini" yüngülləşdirir
ABŞ Dolları, ötən il 2003-cü ildən bu yana görülən ən pis ilini qeyd edib. "Bank of New York Mellon Corp" və "Credit Agricole SA"nın analitiklərinə görə, dolların daha da ucuzlaşması mərkəzi bankların pul siyasətlərində planlaşdırdıqları qədər sərt pul siyasətinə keçmək məcburiyyətində olmadıqları mənasına gələ bilər.
"Marja" xəbər verir ki, analitiklərin arqumentinə görə, ABŞ Dollarındakı ucuzlaşma rəqib pulları bahalaşdırır, digər yerlərdəki iqtisadi artım və inflyasiyanı ləngidir və faizlərin alternativ vəziyyətə görə aşağı saxlanılmasına səbəb olur.
"Credit Agricole"dan Mohit Kumar, "Zəif dollar digər mərkəzi bankların üzərində təsirli ola bilər. Daha geniş perspektivdən baxdıqda, güclü milli pul, Mərkəzi Bankı yumuşaq pul siyasətinə daha meylli edir" deyib.
"BNY Mellon"un stajlı valyuta strateqi Neil Mellor bildirib ki, valyutadakı əhəmiyyətli möhkəmlənmə canlanan inflyasiyayanı məhv edə bilər.
Hazırda avro dollar qarşısında üç ilin ən yüksək səviyyəsinə yaxındır (1.2070). ABŞ valyutasının daha çox ucuzlaşması Avropa Mərkəzi Bankının (AMB) təşviq planının tempi üzərində təsirli ola bilər. AMB sədri Mario Draghi, Sentyabr ayında Avronun bahalaşmasına işarə edərək bunun inflyasiyaya ziyanverici təsirinin olacağı barədə xəbərdarlıq etmişdi.
Belə çıxır ki, Avro yüksəlməyə davam edərsə, AMB-nin aktiv alışını sürətli azaltmasını və pul siyasətini sərtləşdirməsini görmək çətin olacaqdır.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb






.jpg)
.jpg)




.jpg)











