Azərbaycanda “Anglo Asian Mining”in qızıl hasilatı azalıb
Britaniyanın “Anglo Asian Mining” şirkəti (Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator – İF-Az) 2017-ci ildə 71 min 461 unsiya qızıl hasil edib, bu da 2016-cı ilin göstəricisindən 1,2% azdır. Bu barədə şirkətdən məlumat verilib.
“2017-ci il üçün qızıl hasilatı üzrə proqnoz 64 mindən 72 min unsiya qədər həcmdə olsa da, faktiki hasilatın həcmi 71 min 461 unsiya təşkil edib. Bu, 2016-cı ilin göstəricisindən 1,2% azdır (2016-cı ildə 72304 unsiya hasil olunmuşdu). 2017-ci ilin əvvəlində hasilatın daha aşağı həcmləri sentyabrda işlənməsinə başlanan “Uğur” yatağından qızıl hasilatı hesabına qismən kompensasiya edilib”, - məlumatda qeyd olunur.
Şirkətin məlumatına əsasən, 2017-ci ildə mis hasilatı 2,6% - 1991 tonadək, gümüş istehsalı 4,7% - 172853 unsiyaya qədər artıb. Həmçini şirkət ötən il 9033 ton mis konsentrat hasil edib.
“2017-ci ildə “Anglo Asian Mining” bir unsiya qızılı orta hesabla 1265 dollara satıb (2016-cı ildə bir unsiya üçün 1253 dollar). Ümumilikdə, ötən il 43496 unsiya qızıl satılıb (azalma 18,4%)”, - məlumatda qeyd olunur.
Bundan başqa, ötən il şirkət 16 milyon 781 min dollar dəyərində 8497 ton mis konsentrat satıb.
“2018-ci ildə “Anglo Asian Mining 2017-ci ilin II rübündə hasilatı dayandırılan “Gədəbəy” yatağında I rübdə açıq hasilatın bərpası, həmçinin bir sıra digər işlər hesabına əməliyyat göstəricilərinin yaxşılaşdırılmasını gözləyir”, - məlumatda vurğulanır.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
-
- 40 d. əvvəl
- 44 d. əvvəl
- 46 d. əvvəl
- 48 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Xurma ixracında azalma qeydə alınıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir






.jpg)
.jpg)







.jpg)







