Rusiyada dollar son 9 ayda ilk dəfə 55 rubla qədər ucuzlaşıb
Moskva Banklararası Valyuta Birjasında BŞ dollarının məzənnəsi ötən il aprelin 25-dən bəri ilk dəfə 56 rubldan aşağı düşüb (hazırda 55,91).
Rusiya mətbuatı xəbər verir ki, buna səbəb Amerika valyutasının qlobal səviyyədə kəskin ucuzlaşması olub.
Qeyd edək ki, dollar ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin açıqlamalarından sonra son 3 il üzrə rekord həddə dəyər itirib. Xatırladaq ki, amerikalı nazir ucuz dolların ölkə iqtisadiyyatına faydasını vurğulayıb.
Bununla belə, Rusiyada dolların ucuzlaşması həm də dünya bazarlarında "Brent" markalı neftin qiymətinin 71 dollar/barel səviyyəsini ötməsi ilə izah olunur. Qeyd edək ki, qonşu ölkədə dolları ən aşağı qiymətə 2014-cü ilin iqtisadi böhranından sonra - 55,72 rubla alınıb-satılıb. Hazırda isə qiymət 55,82 rubl təşkil edir.
Rusiyada dolların 54 rubla qədər ucuzlaşa biləcəyi istisna edilmir.
© Report
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 21 saat sonra
-
- 32 d. əvvəl
-
48 d. əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq






















