Neft Fondumuz Rusiya bankından qazancını açıqladı
2017-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) "VTB Bank" tərəfindən 402 mln. 154,826 min rubl (və ya 6 mln. 920 min 672 ABŞ dolları) məbləğində dividend gəliri ödənilib.
Bu barədə ARDNF-dən məlumat verilib.
Bununla da, "VTB bankı"na edilən ilkin investisiya tarixindən (2013-cü il) müvafiq dövrün sonuna qədər olan müddət ərzində ARDNF-yə ödənilmiş toplam dividend gəliri 1 mlrd. 605 mln. 182 min 82 rubl (və ya 32 mln. 192 min 942 ABŞ dolları) təşkil edib.
"ARDNF-nin VTB bankdakı payında ötən il ərzində heç bir dəyişiklik edilməyib. Nəzərinizə çatdırırıq ki, ARDNF-də investisiya qoyuluşları uzunmüddətli investisiya siyasəti rəhbər tutulmaqla cari və perspektiv bazar mühiti nəzərə alınaraq həyata keçirilir. Bu əsasda investisiya imkanlarının ətraflı təhlili aparılır və ümumi investisiya portfeli kontekstində investisiya seçimləri dəyərləndirilir. Yuxarıda qeyd edilənlərin fonunda bildirmək istərdik ki, yaxın gələcəkdə sözügedən VTB bankına olan investisiyalara əlavə sərmayə qoyuluşu nəzərdə tutulmayıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, 2013-cü ildə ARDNF "Bank VTB" ASC tərəfindən emissiya edilmiş 500 mln. ABŞ dolları həcmində səhmləri alaraq bankın ümumi səhm kapitalında 2,95%-lik paya sahib olub.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
24 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
26 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
29 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
31 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 39 d. əvvəl
- 41 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
























