"Auditin məcburiliyi sərtləşdirilməlidir"
Azərbaycanda auditin məcburiliyinin sərtləşdirilməsinin vaxtı çatıb.
Bunu açıqlamasında Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") prezidenti və "Deloitte" audit şirkətinin Azərbaycandakı ofisinin idarəedici partnyoru Nuran Kərimov deyib.
“Orta və iri sahibkarların maliyyə hesabatları açıq resursda olmalıdır ki, dövlət, tənzimləyici orqanlar və digər qurumlar rahatlıqla əldə edə bilsinlər. Ümid edirəm ki, yaxın müddətdə bu sahədə dəyişiklik görəcəyik” - deyə, o qeyd edib.
"Deloiite" rəsmisinin sözlərinə görə, auditdən keçən şirkətlərin sayı artsa da, hələ ki, bu sahədə vəziyyət qənaətbəxş deyil: "Son iki ildə hökumətin audit sahəsinə diqqəti artdığı üçün auditdən keçənlərin sayında da artım müşahidə olunur. Əvvəllər tamamilə hesabatsız işləyən şirkətlər artıq hesabatlılıq üçün bizə müraciət edirlər. Əvvəlki illərə baxanda artım olsa da, hələki Azərbaycan üçün audit olunan şirkətlərin sayı yetərli deyil. Uçotu bərbad gündə olan, vergidən yayınan şirkətlər çoxdur. Lakin artıq bu şirkətlər başa düşürlər ki, müəyyən bir vaxt dövlətin diqqətindən kənarda qalıblarsa, indi əvvəlki kimi işləmək mümkün deyil, dəyişmək lazımdır. Bu da bizi sevindirir. Artım tempi yüksək olsa, daha yaxşı olar.”
Nuran Kərimov onu da bildirib ki, AmCham-Azerbaijan hökumətə təqdim etmək üçün müəyyən təkliflər hazırlayır: "AmCham-Azerbaijan" həm vergi, həm maliyyə, həm gömrük, əmək münasibətləri ilə bağlı hökumətə təklif və tövsiyyələr hazırlayır. Əsas hədəf sahibkarlara dəstək göstərən qanunvericilikdə dəyişikliklərin olması ilə bağlıdır. İşlər davam edir, artıq prosesin 60%-i icra olunub. Təxmin edirəm ki, martın sonuna ilkin təkliflər hazır olacaq. İlkin təkliflər çox olur, sonra təkliflərin bir çoxu aktual olmadılğı üçün siyahıdan çıxarılır. Hər dəfə bu proses tam şəffaf təşkil edilir və ictimaiyyətə açıqlanır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)








.jpg)
