Məşhur “Halı” jurnalı “Azərxalça” ilə əməkdaşlıq edəcək
Xalçaçılıq üzrə ixtisaslaşmış məşhur “Halı” jurnalı “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə əməkdaşlığa başlayıb.
“Azərxalça” ASC-dən bildirilib ki, jurnal yeni 190-cı nömrəsindən etibarən öz səhifələrində Azərbaycanda xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən “Azərxalça”dan bəhs edəcək.
Cəmiyyətin respublikanın ayrı-ayrı rayonlarındakı filiallarında qədim çeşnilər əsasında toxunacaq Azərbaycan xalçaları reklam olunacaq. Jurnal “Azərxalça”nın fəaliyyətini ənənəvi xalq toxuma üsulunun bərpaçısı və təbliğatçısı, əl ilə toxunan xalçaların kütləvi istehsalçısı, Cənubi Qafqazda qədim xalçaçılıq ənənələrinin daşıyıcısı kimi işıqlandıracaq.
Qeyd edək ki, “Halı” jurnalı 1978-ci ildən Londonda ildə dörd dəfə nəşr olunur. Burada müxtəlif ölkələrdən olan xalça mütəxəssislərinin, ekspertlərin, kolleksiyaçıların rəyləri, islam və Şərq mədəniyyətinə dair araşdırmalar, tekstil və toxuculuq sahəsinə, toxuma texnologiyalarına, sərgilərə, hərraclara aid xəbərlər, tarixi-etnoqrafik materiallar dərc olunur, dünya muzeylərinin, beynəlxalq xalça bazarının aparıcı şirkətlərinin və müəssisələrinin fəaliyyətindən bəhs edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























