Tesla parça-parça olub, batareyası alışıb - ELEKTROMOBİLLƏR ETİBARLIDIR?
Gələcəyin avtomobili olduğu irəli sürülən Tesla ilə ABŞ-da baş vermiş qəza elektrikli və sürücüsüz avtomobillərin nə qədər etibarlı olduğu sualını ağıllara gətirib.
"Marja" xəbər verir ki, Amerika Milli Araşdırma Təşkilatı, ötən həftə baş vermiş Tesla Model X-in qəzasını araşdırmaqda davam edir. Təşkilat batareyadan qaynaqlandığı iddia edilən yanğınla bağlı araşdırmalar aparır. Tesla tərəfindən verilən yazılı açıqlamada, "Başqa hər hansı bir qəzada Model X-in belə bir vəziyyətə düşdüyünü görməmişdik" ifadələri yer alıb.
Tesla markalı maşın qəzada ilk olaraq sədlərə və daha sonra iki maşına dəyərək parça-parça olub. Faciəvi qəzada avtomobilin sürücüsü Wei Huang ağr yaralı olaraq xəstəxanaya aparılıb. Huang, xəstəxanada dünyasını dəyişib.
Qəzadan sonra avtomobilin batareyası alov almışdır. Bu vəziyyət, elektrikli avtomobillərdə istifadə olunan batareyaların mümkün qəzalarda yaradacağı fəlakətlər haqqında müzakirələrin yaranmasına səbəb olub.
Tesla avtomobillərində istifadə edilən batareyaların mümkün bir yanğının qarşısını alacaq şəkildə hazırlandığı məlumdur. Şirkət açıqlamasında batareyaların xüsusi dizaynını müdafiə edilib. Açıqlamada, "Tesla batareyalarında, nadir hallarda olsa da, yanğın çıxdığı zaman yavaşca yayılır. Beləliklə sərnişinlərin avtomobildən düşmələinə bol vaxtı olur" şəklində bir qeyd diqqəti çəkir.
Hazırda Elon Musk-ın sahibi olduğu Tesla birjada çətin günlər keçirir. Mart ayının əvvəlindən bu yana şirkətin səhmlərindəki ucuzlaşma 25%-ə çatıb. Səbəblərdən biri sürücünün ölümü ilə nəticələnən dəhşətli qəzadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























