Şərab ixracında təəssüfləndirən rəqəm
Ötən il şərab ixracı 3,5 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məlumat verib.
O deyib ki, ölkəmizin ayrı-ayrı bölgələrində üzümçülük sahələri genişləndirilir, yeni emal müəssisələri açılır, şərab istehsalının çeşidi isə artırılır. Daxili bazarda artıq yeni trend əmələ gəlir. İstehlakçılar ölkəmizdə istehsal olunan şərablara üstünlük verməyə başlayırlar. Bu sahənin inkişafına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 40 milyon manatadək güzəştli kredit verilib.
“Şərablarımız xarici bazarlarda öz müştərilərini tapmağa başlayıb. Ötən il ixracımız 3,5 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və “Made in Azərbaycan” brendinin təşviqi tədbirləri şərab ixracatçılarına böyük stimul yaradıb. Belə ki, ötən ilin noyabr ayından bu günə kimi şərab və konyak məhsullarının ixracına görə 440 min manat məbləğində ixrac təşviqinin sahibkarlara ödənilməsinə dair müvafiq qərarlar qəbul edilib. Şərabçılarımız Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda işgüzar görüşlərdə, AZPROMO-nun təşkilatçılığı ilə çoxsaylı biznes forumlarda iştirak edib, məhsullarını təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib. Cari ildə isə dünyada ən önəmli sayılan Çin və Almaniyada keçirilən iki beynəlxalq şərab sərgisində Azərbaycanın vahid ölkə stendi altında iştirak edəcəyik, müxtəlif ixrac missiyaları ilə şərablarımızı ölkə xaricində tanıdacağıq”, - deyə E.Mədətov əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























