Neft ticarət müharibəsi xofu ilə ucuzlaşıb
Ticarət mühaibəsi qorxusu sərmayəçilərin əmtəə və digər riskli aktivlərdən çıxmasına səbəb olur. Bununla əlaqədar olaraq neft qiymətlərində təxminən iki ayın ən böyük enişi baş verib.
"Marja" xəbər verir ki, Çinin ABŞ-a cavab addımı olaraq təxminən 3 milyard dollar məbləğindəki ABŞ məhsullarına əlavə vergi tətbiq etməsi, dünyanın ən böyük iqtisadiyyatları arasında artan xarici ticarət problemlərinin son halqası oldu. Digər tərəfdən, ABŞ-da Çərşənbə günü Enerji İnformasiya İdarəsi (EIA) tərəfindən açıqlanacaq məlumatların neft ehtiyalarının son altı həftədə beşinci dəfə artdığını göstərməsi gözlənilir.
Sərmayəçilər ABŞ Prezidenti Donald Trampun himayəçi siyasətlərinə Çinin daha sərt cavab verəcəyindən narahatdırlar. Bu da qlobal iqtisadi inkişafa mənfi təsir edə bilər və neftə təlabat azalar.
Analitiklər bildirirlər ki, ABŞ ilə Çin arasında xarici ticarət mövzusunda artan anlaşılmazlıq, ABŞ-da neft hasilatının və ehtiyatlarının artması neft qiymətlərinin daha da aşağı düşməsinə səbəb ola bilər.
Bakı vaxı ilə saat 07:50-yə olan məlumata görə, Qərb Teksas nefti (WTI) 63.20 dollardan, Brent nefti 67.84 dollardan aıcı tapıb. Dünən Brent nefti 2.5% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb























