ABŞ-ın xam neft ehtiyatları azaldı - QİYMƏTLƏR YÜKSƏLDİ
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 4,6 milyon barrel (1,1 faiz) azalaraq 425,3 milyon barrelə gerilədiyini açıqlayıb.
"Marja" xəbər verir ki, bazar gözləntisi, ehtiyatların 1,4 milyon barrel artacağı istiqamətində idi. Bir əvvəlki həftə xam neft ehtiyatları 1,6 milyon artım göstərmişdi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə dəyişməyərək 665,5 milyon barreldə sabit qalıb.
ABŞ-ın həftəlik benzin ehtiyatları da keçən həftə 1,1 milyon barrel (0,5 faiz) azalaraq 238,5 milyon barrelə enib.
Benzin ehtiyatlarına dair bazar gözlənti 1,3 milyon barrel azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,5 milyon barrel azalma göstərmişdi.
ABŞ-ın xam neft idxalı da keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 250 min barrel azalma ilə 7,9 milyon barrelə geriləyərkən, xam neft ixracı isə gündəlik orta hesabla 597 min barel artımla 2,17 milyon barelə çatıb.
XAM NEFT HASİLATI SON 12 HƏFTƏDƏ 11 DƏFƏ YÜKSƏLİB
ABŞ-ın xam neft hasilatı keçən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 27 min barel artımla 10,46 milyon barelə çatıb. Bu nəticə ilə, ölkənin xam neft hasilatı son 12 həftədə 11 dəfə artım göstərib və rekord səviyyəyə çatıb.
EIA-nın Mart 2018 hesabatına görə, ölkənin bu il xam neft hasilatının gündəlik orta hesabla 10,7 milyon barrel, gələn il isə xam neft hasilatının gündəlik orta hesabla 11,3 milyon barrel olması nəzərdə tutulur.
NEFT QİYMƏTLƏRİ ARTMIŞDIR
ABŞ-ın kommersiya xam neft və benzin ehtiyatlarındakı azalmanın açıqlanmasının ardından qlobal bazarda xam neft qiymətlərində artım baş verib Brent nefti 68,34 dollara, ABŞ-ın Qərbi Texas (WTI) nefti isə 63,65 dollar olub (Bakı vaxtı ilə saat 09:0-a olan məlumat)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























