Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başlayıb
Unicapital İnvestisiya Şirkəti METAK istiqrazları üzrə sifarişlərin qəbuluna başlayıb. “METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac aprelin 19-da Bakı Fond Birjasında keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və “METAK” çıxış edir. Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satınalınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satınalınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “METAK” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi olanlar isə (9-12 ay) “METAK” MMC tərəfindən təmin ediləcək.
"METAK" MMC-nin yeni istiqraz emissiyasının anderrayteri Unicapital İnvestisiya Şirkətidir. İstiqrazların say və həcmindən asılı olmayaraq, Unicapital alıcılara sərfəli komissiya təklif edir. İstiqrazları alan şəxs komissiya və pulköçürmə haqqı olaraq cəmi 5 AZN ödəyəcək. Həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.
Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. Hər kəs Unicapital İnvestisiya Şirkətinə müraciət edərək, METAK istiqrazlarını hərracda əldə edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)







