Əhalinin ən çox istifadə etdiyi mobil əlavə Unibank Mobile-dır
Siz hansı bankın mobil əlavəsindən istifadə edirsiniz? Artıq əksər bank müştərisinin bu suala bir cavabı var:
Unibank Mobile-dan. Unibankın mobil əlavəsi Unibank Mobile əhalinin ən çox məlumatlı olduğu və yüklənən mobil bank əlavəsidir. “Business Insight International Research Group” tərəfindən mart-aprel aylarında (14 mart-2 aprel) aparılmış sorğunun nəticələri də bunu göstərir. Bakı, Gəncə və Sumqayıt şəhərlərində yaşayan mindən çox respondent arasında keçirilən sorğuya əsasən, ölkə banklarının mobil əlavələri içərisində Unibank Mobile istifadə səviyyəsinə görə 1-ci yerdədir.
“Zəhmət olmasa, eşitdiyiniz mobil bank xidmətləri olan bankların adlarını qeyd edin” sualına cavablar arasında ən çox Unibankın adı çəkilib. Çarpaz təhlillər göstərib ki, bu xidmətindən istifadə edənlər arasında, başqa banklara nisbətən gənc müştəriləri ən çox olan Unibankdır.
Xatırladaq ki, Unibank Mobile son illərdə beynəlxalq monitorinq şirkətləri tərəfindən də MDB-nin ən mükəmməl mobil əlavələrindən olmaqla, Azərbaycanın ən yaxşı mobil bank əlavəsi seçilib. 2017-ci ildə nüfuzlu “Markswebb” agentliyi MDB banklarının “Mobile banking” xidmətləri üzrə hazırladığı reytinqdə Azərbaycanın ən yaxşı mobil bankı olaraq “Unibank” KB-nı seçilib. Unibank Mobile 2016-cı il üçün də MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. “Deloitte & Touche LLC” şirkətinin araşdırması nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil bankinq xidmətinin, məhz Unibank Mobile olduğu açıqlanıb.
Unibank Mobile istifadəçilərinin sayı hazırda 150.000-i keçib. Unibank Mobile, Unibank müştərisinin bütün bank məhsul və xidmətlərinin 90-95 faizindən öz telefonunda istifadə etmək imkanının yaradılmasını məqsəd qoyub. Qoşulması çox asan olan Unibank Mobile, bankın müştərisini təhlükəsiz, sürətli və rahat bank xidmətləri ilə təmin edir.
Unibank Mobile- bankdan daha yaxın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 40 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























