Sabaha olan hava proqnozu açıqlandı
Sabah Azərbaycanda gözlənilən hava şəraiti açıqlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-11, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 18 saat sonra
-
-
12 d. əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
44 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 44 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yeni sədr müavinləri təyin olunub
-
2 saat əvvəl
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
-
2 saat əvvəl
Damazlıq yumurta istehsalına görə subsidiya veriləcək - Azərbaycanda bir ilk
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
Ən çox oxunanlar
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“Express Lombard”da yığıncaq keçiriləcək
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub




























