Audi 1 milyon 160 min avtomobili servislərə geri çağırır
Audi tərəfindən yayılan açıqlamada, bəzi modellərdə soyutma nasosunda yaranan isinməyə görə yanğın çıxma riski olduğu səbəbilə dünya üzrə cəmi 1.16 milyon ədəd avtomobili geri çağırmaq qərarı verildiyi bildirilib.
"Marja" açıqlamaya istinadən xəbər verir ki, 1.16 milyon avtomobildən 342 min ədədi ABŞ-da yerləşir.
2013 - 2017-ci illər arasında istehsal edilmiş Audi A5 Sedan, A5 Cabriolet və Q5 modellərilə yanaşı 2012 - 2015 istehsalı Audi A6 seriyası, 2013-2016 model, EA888 Evo2 kimi tanınan 2.0 litr Turbo mühərrikə malik bütün Audi A4 Sedan və A4 Allroad modelləri siyahıya daxildir.
Audi-nin sözçüsü Udo Ruegheimer, sözügedən problem səbəbindən bu günə qədər heç bir yaralanma və ya qəza olmasa da, soyutma sistemindəki dizayn səhvinin müxtəlif təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini və bunların başında yanğın riski olduğunu deyib.
Geri çağırma planı çərçivəsində, Audi pulsuz olaraq nasosları yenisinə dəyişdirəcək, ancaq bunun üçün əvvəlcə ehtiyat hissələrinin tədarük edilməsi lazımdır.
Audi, nasosa görə ikinci dəfədir geri çağırma elan edir. Almaniya istehsalçısı 2017-nin Yanvar ayında da analoji avtomobil modellərini, yenə də elektrikli soyuducu nasosunun yarada biləcəyi təhlükəsizlik riskinə görə geri çağırmaq məcburiyyətində qalmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)






