Direktoru cəzalandırdılar - 1 DOLLAR MAAŞ ALMADAN İŞLƏDİLƏCƏK
2014-ci ildə ABŞ-ın ən çox qazanan rəhbəri olan GoPro-nun qurucu İcraçı direktoru Nik Woodman-ın maaş və bonusları idarə heyəti tərəfindən kəsilib.
Məşhur kameralar istehsalçısı GoPro şirkətinin qurucu İcraçı direktoru Nik Woodman, pis keçən 2017-ci ildən sonra idarə heyəti tərəfindən cəzalandırılıb.
"Marja" xəbər verir ki, İdarə heyəti, Woodmanın bu il maaş almamasına və bütün mükafatlarının ləğv edilməsinə qərar verib.
Woodman, idarə heyətinin müəyyən etdiyi hədəfləri təmin edəcəyi halda 2017-ci il üçün şirkətdən 1,2 milyon dollar mükafat əldə edəcəkdi. Ancaq ötən gün açıqlanan illik nəticələrdə, GoPro-nun gözlənildiyindən çox aşağı satışlar, işdən çıxarmalar və çox sürətli böyüyən dronelar bazarından çıxması ilə dolu fiasko bir il keçirdiyi ortaya çıxıb.
GoPro 2017-ci ildə 1,18 milyard dollar gəlir əldə edərkən, ABŞ-da istirahət dövrü olaraq qeyd edilən və Milad alış-verişlərinin aparıldığı dekabr ayında da satışlar 38 faiz düşüb. Şirkətin 2017-ci ildəki xalis zərəri 56 faiz artaraq 182,9 milyon dollara qalxıb.
İdarə heyətinin qərarına görə, 2017-ci ildəki pis fəaliyyəti səbəbindən Woodman ötən il üçün mükafat almayacaq, 2018-ci ildə isə 1 dollar maaş və mükafat almadan çalışacaq
Şirkətin qurucu İcraçı direktoru olan Woodman həmçinin GoPro-nun əksəriyyət səhmlərini əlində saxlayır. 2014-cü ildə GoPro-nun səhmərinin bir hissəsi birjada investorlara satılıb.
Gopro bu ilin əvvəlində bankirlərlə razılaşaraq şirkətin satılması üçün potensial ehtimalları və ssenariləri araşdırmağa başlayıb. Şirkət xərclərini azaltmaq üçün işçilərin 20%-ni ixtisar etməyə hazırlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























