Trampın "İran qərarı" öncəsi neft qiymətlərinin düşməsi dayandı
İranın, ABŞ-ı 2015-ci ildə imzalanmış nüvə müqaviləsi öhdəliklərinə riayət etməyə dəvət etməsindən sona neft qiymətlərinin düşməsi dayanıb. Bu müqavilə ilə OPEC-in üçüncü böyük istehsalçısı İrana tətbiq olunan sanksiyalar götürülmüşdü.
ABŞ Prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxıb-çımayacağı barədə qərar verməsinə günlər qalıb (12 Mayda gözlənir). "Marja" xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif verdiyi açıqlamada, ABŞ-ı ölkəsindən investisiyaları uzaqlaşdırmaq üçün işləri qarışdırmaqda günahlandırıb.
ABŞ-ın bu müqavilədən çıxması halında İrana yenidən sanksiya tətbiq oluna bilər və bunun nəticəsində bu ölkənin neft ixracı azala bilər.
Son həftələrdə neft qiymətləri nüvə müqavilənin gələcəyinə dair narahatlıqlar ilə bəabər Orta Şərqin digər hissələrində artan geosiyasi gərginliklərin təsiri ilə də dəyər qazanıb. Həmçinin xam neft, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və aralarında Rusiyanın da olduğu tərəfdaşlarının qlobal təklif artığını azaltmaq məqsədli hasilatlarını azaltmalarından da dəstək alır. Bütün bunların təsiri ilə, qiymətlər, ABŞ-da istehsalın güclü bir şəkildə artmasına qarşı 10%-in üzərində artıb.
Analitiklər bildirirlər ki, İrana qarşı sanksiyaların təkrar tətbiqi qiymətləri dəstəkləyə bilər. Orta Şərqdə bir münaqişənin ortaya çıxması qiymətlərin daha da yüksəlməsilə nəticələnəcəkdir.
Bakı vatı ilə saat 08:00-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) 68.42 dollardan, Brent nefti 73.59 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























