Bu il Azərbaycan Türkiyədən 16 min tondan çox toxum idxal edib
Bu gün Bakıda Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) tərəfindən Türkiyə Respublikası İqtisadiyyat Nazirliyinin (Beynəlxalq rəqabətliliyin inkişafının dəstəklənməsi haqqında təşfiqat" çərçivəsində həyata keçirilməkdə olan "Daxili Anadolu bölgəsinin toxumçuluq sektorunun inkişaf etdirilməsi layihəsi" çərçivəsində Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə xarici marketinq fəaliyyəti ilə əlaqədar konfrans keçirilir.
Məqsəd iki ölkənin toxumçuluq sektoru arasındakı əməkdaşlığın inkişafına töhfə verməkdir.
Konfransda Türkiyənin Anadolu bölgəsindən gələn 40 şirkət nümayəndəsi, Türkiyə Respublikası Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin baş katibi, naziri və mütəxəssisləri, Türkiyə Toxumçular Birliyinin rəhbəri, TSÜAB rəhbərinin müavini və bütün İdarə Heyətindən olan nümayəndələr iştirak edir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, bu cür biznes forumların keçirilməsi toxumçuluq sənayesinə böyük töhfə verəcək: "Toxumçuluq Azərbaycan üçün çox mühüm, prioritet sahələrdəndir. Türkiyə təcrübəsinin öyrənilməsi qarşımızda duran əsas məqsədlərdən biridir. İnam Kərimov da ilk səfərini Türkiyəyə etməyi planlaşdırır. Türkiyə kənd təsərrüfatı sektoru üzrə böyük inkişafa nail olub. Məlumdur ki, Azərbaycanın toxuma olan tələbatı daxili istehsal hesabına ödənilmir. 2017-ci ildə 56 bitki üzrə 496 hibrid sınaq üçün təqdim edilib. Bunlardan 35 bitki üzrə 163 hibrid Türkiyədən gətirilib. Ötən il 45 bitki üzrə 175 hibrid dövlət qeydiyyatına alınıb. Bunlardan 13 bitki üzrə 22 hibrid Türkiyədən gətirilib. 2018-ci ildə 31 bitki üzrə 113 sort qeydiyyata alınıb və bundan 5 bitki üzrə 30 sort Türkiyədən gətirilənlərdir. Ötən il Türkiyədən 6351 müxtəlif bitki toxumu, 2018-ci ildə isə 16308 ton bitki toxumu idxal olunub. Bu Türkiyə ilə Azərbaycan arasında toxumçuluq sahəsində əlaqələrin dinamik inkişaf etdiyini göstərir. Qeyd edim ki, pambıq səpini üçün toxumların hamısı Türkiyədən gətirilir," - deyə İ. Quliyev qeyd edib.
© APA
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
44 d. əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Ən çox oxunanlar
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb
Ağdamda 2-ci yaşayış kompleksinin açılışı oldu
Putin Əliyevə zəng edib
Türkiyəyə gələn xarici turistlərin sayı 50 milyonu keçib




















