Bakcell tam yeni CİN1 və CİN5 tariflərini təqdim etdi
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə abunəçilərinə sərfəli qiymətə daha ÇOX danişmaq imkanı verən tam yeni CİN1 və CİN5 tariflərini təqdim edib.
Yeni istifadəyə verilmiş CİN1 təklifi sayəsində müştərilər həftədə sadəcə 1 AZN ödəməklə 100 dəqiqə (həftə ərzində istifadə üçün 50 şəbəkədaxili dəqiqə və həftə sonu ərzində istifadə üçün 50 şəbəkədaxili dəqiqə) və 50 SMS əldə edəcəklər. Bu təklifdən həm yeni, həm də cari Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, CİN1 tarifi ilə yeni nömrə alan bütün abunəçilərin hesabına əlavə olaraq 2 AZN və 120 Mb İnternet bonus əlavə ediləcək.
CİN5 tarifi ilə isə abunəçilər ayda sadəcə 5 AZN ödəyərək 600 dəqiqə (həftə ərzində istifadə üçün 300 şəbəkədaxili dəqiqə və həftə sonu ərzində istifadə üçün 300 şəbəkədaxili dəqiqə) və 300 SMS əldə edib bol ünsiyyət sevinci yaşayacaqlar.
“Biz istəyirik ki, dəyərli abunəçilərimiz dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst danışa bilsinlər. CİN1 və CİN5 tarifləri abunəçilərə çeviklik və ünsiyyət rahatlığı təmin etmək üçün yaradılıb və bu təkliflərdən yararlanan müştərilər daha çox ünsiyyət imkanı əldə edəcəklər”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.
Yeni CİN tariflərinə qoşulmaq asandır. CİN1 tarifinə qoşulmaq üçün *301#YES kodunu, CİN 5 tarifinə qoşulmaq üçün isə *305#YES kodunu yığın.
“Müasir mobil rabitə xidmətləri istifadəçilərinin tələbləri gündən-günə dəyişməkdədir. Biz isə onların tələb və gözləntilərini qarşılamaq üçün öz xidmətlərimizi daha rahat etməyə çalışırıq. İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell öz müştərilərinə yenilənmiş, rahat və maraqlı təkliflər verməyə davam edəcək”, deyə Todor Dimitrovski əlavə edib.
Yeni CİN1 və CİN5 tarifləri və Bakcell şirkətinin digər sərfəli təklifləri barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
7 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
8 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























