"Fed-in faiz artırması gözlənilməz bir zərbə vuracaq"
ABŞ-ın aparıcı investisiya mütəxəssislərindən Piter Boockvar, Fed-in bu il daha iki dəfə faiz artırmasının bazarlara gözlənilməz bir zərbə vuracağını deyib.
ABŞ-ın investisiya məsləhəti şirkəti "Bleakley Advisory Group"un mütəxəssislərindən Piter Boockvar, ABŞ Mərkəzi Bankı Fed-in yeni faiz artımlarının bazarlara gözlənilməz bir zərbə vuracağını deyib.
"Marja" xəbər verir ki, CNBC-də "Futures Now" proqramında danışan Boockvar, "Fed şəffaf davranaraq artırılacaq faizlərin mənfi təsirini azaltmağa çalışır və bizi bu barədə inandırmaq istəyir" deyib.
Daha sərt pul siyasətlərinin bazarlarda Fed-in proqnozlarının xaricində bir təsir yaradacağını qeyd edən Boockvar, "Bizə nə deyirlərsə desinlər, nə etsələr etsinlər, likvidlikdəki zəiflik davam edir. Sizə əvvəlcədən üzünüzə bir yumruq vuracağımı desəm, yumruğun ağrısı dəyişməz" deyib.
Fed-in bu il daha 2 dəfə faiz artıracağına diqqət çəkən Boockvar, "Kreditə asılı bir iqtisadiyyatda faizin artırılması məni narahat edir, çünki Fed mühəndislərinin yumşaq bir eniş etməsi nadir görülən bir vəziyyətdir və bu dəfə bunu bacaracaqlarına inanmıram" ifadələrini istifadə edib. Boockvar, Fed-in son 13 faiz artırması proseslərinin 10-unun durğunluqla nəticələndiyini xatırladıb.
Boockvar, Fed-in faiz artırmasına balansdakı azalmanın müşayiət etməsinin də böyük bir risk olduğunu bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























