“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün təlim kursları
“Nar”, “Uğur akademiyası” və “Asan könüllüləri” tərəfindən birgə həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsini qarşısına məqsəd qoyan “Təlim məktəbi” sosial layihəsi növbəti mərhələyə keçir. Layihənin üçüncü mərhələsi çərçivəsində 25 nəfər ünsiyyət məhdudiyyətli gənc üçün rabitə cihazları təmiri üzrə təlim kursları keçiriləcəkdir.
Kurslar rabitə cihazları təmiri sahəsində 5 ildən çox təcrübəyə malik olan mütəxəssis tərəfindən aparılacaqdır. Təlim boyu iştirakçı gənclərə mobil telefon təmiri ilə yanaşı, əsas smartfon işləri (format, müxtəlif proqramların yazılması, izləmə-video sistemlərinin qoşulması və s.) öyrədiləcəkdir. “Təlim məktəbi” kurslarının üçüncü mərhələsinin 2 ay müddətində davam etməsi planlaşdırılmışdır.
Qeyd edək ki, “Həyat bizimlə daha rəngarəng” şüarı altında həyata keçirilən “Təlim məktəbi” layihəsinin əsas məqsədi ünsiyyət məhdudiyyətli şəxslərin peşə hazırlığına dəstək olmaq, onların iş bacarıqlarının artırılmasına çalışmaqdır. Üç ay davam edən layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 18-30 yaş arasındakı 75 gəncin 3 istiqamət üzrə – rabitə cihazı təmiri, kompüter təmiri və dizayn proqramları sahəsində bilik, bacarıq və səriştə qazanması məqsədilə peşəkar mütəxəssislər tərəfindən xüsusi təlimlər keçirilir.
Xatırladaq ki, “Nar” artıq 3 ildir ki, özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. “Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.
“Nar” KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


