Aqrar Tədqiqatlar Mərkəzi yaradılır - SƏRƏNCAM
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.
Marja-nın məlumatına görə, aqrar sahədə elmi tədqiqat institutlarının fəaliyyətinin gücləndirilməsi, təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Kənd Təsərrüfatı Nazirliyi həyata keçirəcək.
Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq ekspertlərin Mərkəzin fəaliyyətinə cəlb edilməsini təmin edəcək və onun fəaliyyətinin dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkili ilə bağlı tədbirlər görəcək.
Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu (bundan sonra – Elmi Tədqiqat İnstitutu) publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə (bundan sonra – Mərkəz) çevrilmə yolu ilə yenidən təşkil edilsin.
2. Müəyyən edilsin ki, Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi həyata keçirir.
3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq ekspertlərin Mərkəzin fəaliyyətinə cəlb edilməsini təmin etsin və onun fəaliyyətinin dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında təşkili ilə bağlı tədbirlər görsün.
4. Mərkəzin nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1 (bir) milyon manat ayrılsın.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Elmi Tədqiqat İnstitutunun istifadəsində olan dövlət əmlakının Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində onun balansına verilməsini təmin etsin.
8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin, “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndində Elmi Tədqiqat İnstitutu üçün nəzərdə tutulmuş vəsaitin qalığının Mərkəzin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və Mərkəzin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
9. Mərkəz “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Elmi Təd
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
3 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI



















