“AtaBank”ın İdarə Heyətinin sədr müavini mükafata layiq görülüb
“AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Səbuhi Əliyev, ölkənin aparıcı təşkilatlarından biri olan “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “GƏNCLƏRİN DOSTU” milli mükafatına layiq görülmüşdür.
Bankın yaydığı məlumata görə, təltifetmə mərasimində “İslahatçı Gənclər” İctimai Birliyinin (İGİB) sədri Fərid Şahbazlı və Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, ölkənin tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov iştirak etmişdir.
Birliyin sədri F.Şahbazlı çıxış edərək bildirdi ki, Birliyin əsas məqsədi ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan islahatları dəstəkləmək, gənclərin bu islahatlar prosesinə öz töhvəsini verməsinə yardımçı olmaqdır. İGİB fəaliyyətə başladığı vaxtdan ölkədə və xaricdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirib, öz ətrafında aparıcı Universitetlər də daxil olmaqla, çoxsaylı fəal, müxtəlif sahələrdə nümunəvi fəaliyyəti ilə seçilən peşəkar gəncləri birləşdiribdir. Birlik Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə ölkə miqyaslı mühüm layihələrin icrasını həyata keçirmişdir.
F.Şahbazlı qeyd etdi ki, bu gün Azərbaycanda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir: “İslahatçı Gənclər” İctimai Birliyi hər il ənənəvi olaraq gənclərlə iş sahəsində müstəsna xidmətləri olan, gənclərin təklif və təşəbbüslərini dəstəkləyən şəxs və qurumları “Gənclərin Dostu” Milli Mükafatı ilə təltif edir. İndiyədək Birlik tərəfindən belə mükafat Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya, Müdafiə naziri cənab Zakir Həsənova, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili cənab Fəttah Heydərova və digər ictimai-siyasi xadimlərə təqdim edilmişdir. Birliyin İdarə Heyətinin qərarına əsasən, “AtaBank” ASC-nin İdarə Heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru Səbuhi Əliyev 2018-ci il üzrə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “GƏNCLƏRİN DOSTU” milli mükafatına layiq görülmüşdür. Bu qərarı qəbul edərkən Birliyin İdarə Heyəti, Səbuhi Əliyevin ilk növbədə, vaxtilə respublikanın ən gənc hüquqşünas alimlərindən biri olmasını və hazırda hüquqşünas ekspert kimi cəmiyyətdə xidmətlərini, gənclərin hüquq-maariflənməsində rolunu, elmi, ictimai, siyasi baxımdan müsbət fəaliyyətini əsas götürmüşdür.
Sonra çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, ölkənin tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov bildirdi ki, Səbuhi Əliyev peşəkar hüquqşünas kimi daim sevilir, onun yazdığı əsərlər, toxunduğu problemlər cəmiyyətdə maraqla qarşılanır. İnanıram ki, S.Əliyev hüquqşünas alim kimi gələcəkdə hüquq elminə öz xidmətləri ilə yeni dəyərlər gətirəcəkdir.
Sonda çıxış edən Səbuhi Əliyev belə bir qərar qəbul etdiyi üçün “İslahatçı Gənclər” İctimai Birliyinin İdarə Heyətinə öz dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, bu təltif onun gənclərlə bağlı işində məsuliyyətini daha da artıracaqdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
S.Əliyev bildirdi ki, İGİB ölkənin ən aparıcı və fəal gənclər təşkilatıdır. Təşkilat ölkədə aparılan islahatları təbliğ etməklə, gənclərin bu proseslərə cəlb edilməsini həyata keçirir ki, bu olduqca aktual və vacib məsələdir. Gələcəkdə söz sahiblərinin indiki gənclərin olacağını nəzərə alsaq, Sizin bu istiqamətdə gənclərlə bağlı gördüyünüz işlər olduqca əhəmiyyətlidir.
S.Əliyev eyni zamanda bu tədbirdə iştirakına görə hüquq müdafiəçisi Əhməd Şahidova öz minnətdarlığını bildirərək, ona xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini qaldırdığına və bu yolda dönmədən çalışdığına görə, onunla hər kəsin qürur duyduğunu bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 48 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb

























