Azərbaycan startapı bütün gül mağazalarını eyni platformada toplamaq istəyir
Onlayn (online) gül sifarişini mümkün edən Azərbaycan startapı Buket.al platforması, “AirBNB, Amazon, Uber” məntiqi ilə bütün floristlərin vahid bazar yeri platforması olmaq istəyir.
"Marja" xəbər verir ki, 1 Yanvar tarixindən fəaliyyətinə başlayan platformada hal-hazırda 300-dən çox gül buketlərini alıcılara təqdim edir. Platformanın əsas üstünlüyü, alıcıya ən yaxın və keyfiyyətli gül mağazasından sifarişi çatdırır. Digər üstünlük isə Bakı və Gəncə daxili pulsuz çatdırılma imkandır. Pulsuz çatdırılmanı Bakı və Gəncə şəhərlərində alıcıya ən yaxın partnyor mağazalarını seçərək edir. Nəzərinizə çatdırırıq ki, çatdırılma müddəti 2 saat təşkil edir.
Bütün sifarişlərdə alıcılara hədiyyə açıqca kartları verilir. Alıcılar ürək sözlərini yazıb,sevdiklərinə göndərə bilirlər.
Alıcıların məhsulları müəyyən məqsədlərə görə filter etmə imkanı var.
Epos-la xüsusi müqaviləsi olan platforma, dünyanın istənilən bankına aid Visa/Master kartları ilə fraud qorxusu olmadan ödəniş qəbul edə bilir. Bu, sevdikləri vətəndə olan və xaricdə yaşayan azərbaycanlılar üçün çox sevindirici xəbərdir. Çünki bir çox yerli eticarət platforması xarici kartları qəbul etmir.
Buket.al startapının əsas hədəfi sürətli böyüyüb, dünyadakı bütün gül mağazalarını eyni platforma ətrafında toplamaqdır. 5 nəfərdən ibarət komanda da bloqqer, dizayner, 2 proqramçı və biznes inzibatçısı var.
Marja.az oxuyucuları üçün xüsusi kupon kodu ilə bütün məhsullarda pulsuz çatdırılma və 5 AZN endirimi istifadə edə bilərsiniz. Bunun üçün Buket.al-da məhsulu səbətinədə "marja" sözünü yazıb, yoxlanı sıxmaq lazımdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























