Nəhəng bankdan Dollar/TL-də 5 proqnozu
ABŞ-ın investisiya bankı "Morgan Stanley" ilin son rübündə Dollar/TL (Türk lirəsi) məzənnəsinin 5 səviyyəsini aşacağını nəzərdə tutur.
"Marja" xəbər verir ki, seçkilərdən sonra ilk Dollar/TL proqnozlarını açıqlayan bankın proqnozlarına görə, bu ilin üçüncü rübünün sonunda Dollar/TL məzənnəsi 4,90 səviyyəsində olacaq. Bankın qiymətləndirmələrinə görə, ilin 4-cü rübünün sonunda isə Dollar/TL 5,05 lirə olacaq. Bank bu proqnozları ilə seçkilərdən sonra Dollar/TL proqnozları açıqlayan qurumlar arasında 5 səviyyəsini ilk tələffüz edən qurum olub.
Bankın qiymətləndirmələrinə görə, 2019-cu ildə Dollar/TL məzənnəsi mərhələli olaraq geri çəkiləcək. Bank 2019-ci ilin ilk rübünün sonunda məzənnəni 5 səviyyəsində, ilin ikinci rübündə isə 4,85 səviyyəsində reallaşmasını gözləyir. 2019-cu ilin sonunda isə bank yenidən 5 səviyyəsini nəzərdə tutur.
İLİN İKİNCİ RÜBÜNDƏN SONRA YAVAŞLAMA GÖZLƏYİR
Türkiyə iqtisadiyyatının ilk rübdə 7,4 faiz olmaqla güclü bir böyümə göstərdiyinə işarə edən Morgan Stanley, ancaq 2018-in ikinci rübündən etibarən artımın ləngiməsini gözlədiklərini bildirib.
Son dövrdəki pul siyasətinin sərtləşdirilməsi və bazar oynaqlığına görə Türkiyə iqtisadiyyatında artımın 4 faiz ətrafına və ya aşağı düşəcəyini nəzərdə tutduqlarını qeyd edən "Morgan Stanley", "İqtisadiyyatda daha çox ləngimə isə, maliyyə siyasətlərinin 2018-in ikinci yarısındakı istiqamətinə bağlı olacaq" deyib.
Türkiyə üçün 2018-ci il üzrə ÜDM artımı proqnozunu 4,2 faiz olaraq davam etdirən "Morgan Stanley", bu proqnoz üçün risklərin açıq şəkildə aşağı yönlü olduğunu vurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
7 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)














.jpg)

