Teleradio zərərdə!
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Teleradio İstehsalat Birliyinin (Birlik) cəmi aktivləri bu il yanvarın 1-nə 17 milyon 31 min manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.
2017-ci ildə Birliyin uzunmüddətli aktivləri 2,2% azalaraq 14 milyon 51 min manata düşüb, cari aktivləri isə 1,8% artaraq 3 milyon 258 min manata qalxıb.
Hesabat dövründə rabitə müəssisəsinin cəmi öhdəlikləri 7,4% azalaraq 1 milyon 805 min manat, o cümlədən uzunmüddətli öhdəlikləri dəyişməyərək 755 min manat, qısamüddətli öhdəlikləri isə 12,1% azalaraq 1 milyon 5 min manat, cəmi kapitalı isə 0,75% azalaraq 15 milyon 505 min manat olub.
Ötən il Birliyin xidmətlərin göstərilməsindən gəliri 10 milyon 82 min manat (əvvəli ilə nisbətən 10,9% çox), xidmətlərinin maya dəyəri 7 milyon 587 min manat (8,9% az), inzibati xərcləri 2 milyon 927 min manat (39,7% çox), sair gəlirləri 349 min manat (71,9% çox), məzənnə fərqindən zərəri 33 min manat (əvvəlki il gəlir olub) təşkil edib.
Son nəticədə qurum 2017-ci ili 116 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 9,65 dəfə azdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























